“WinterCamp 2023” tələbələr üçün Qış Universiteti

  “WinterCamp 2023” tələbələr üçün Qış Universiteti

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi məqsədilə fevral ayının ilk iki həftəsində (4 - 13 fevral, 2022) Quba rayonunda “WinterCamp 2023” tələbələr üçün Qış Universiteti keçiriləcək. 

Tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına, fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına yönələn 5 günlük qış universitetində iştirakçılar maraqlı simulasiya və idman yarışları, maarifləndirici və intellektual oyunlar vasitəsilə  vaxtlarını səmərəli dəyərləndirəcəklər.

Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək qış univerisiteti çərçivəsində tələbələr peşəkar mütəxəssislərin, spikerlərin və təlimçilərin iştirakı ilə interaktiv sessiyalarda, panellərdə iştirak edərək ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər. 

İstiqamətlər:

  1. Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr; (4-8 fevral, 2022)
  2. Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr; (4-8 fevral, 2022)
  3. Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr; (9-13 fevral)
  4. Təhsil idarəetməsi, pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələr. (9-13 fevral)

Hər biri 5 gün (4 gecə) olmaqla 4 fərqli istiqamət üzrə keçiriləcək tələbə düşərgəsində III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr qeydiyyatdan keçərək qoşula bilərlər. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi keçiriləcək. Bu mərhələləri uğurla keçən şəxslər iştirak hüququ qazanacaqdır. 

Qış tətil günlərini intellektual və yaradıcı potensialını inkişaf etdirmək, əylənərək öyrənmək, öz ideya və təkliflərini mütəxəssislərlə paylaşmaq, nəzərdə tutulan infosesssiyalarda iştirak etmək, həmçinin asudə vaxtının daha faydalı keçirmək istəyirsənsə aşağıdakı ərizə formasını dolduraraq qeydiyyatdan keç!

https://forms.gle/w2ZzTrjtabX3E3HB8

Qeydiyyat üçün son tarix: 5 yanvar, 2023-cü il. 

Qış Universitetində iştirakçı sayı məhduddur. Yalnız seçilən şəxslərə yekun seçim nəticələri barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək. 

Əlaqə: [email protected]

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az