Şirkətimizdə İnsan Resusrsları üzrə mütəxəssis vəzifəsində vakansiyamız mövcuddur. CV-ləri mövzü yerində İnsan Resursları üzrə mütəxəssis yazmaqla [email protected] elektron poçtuna göndərə bilərlər.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Tələb olunan sahə üzrə 1-3 il iş təcrübəsinin olması;
- AR Əmək Məcəlləsini bilmək;
- Kollektivdə işləmək bacarığı;
- Problemi həll etmək və təşkilatçılıq bacarığı;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Müəssisəyə tez uyğunlaşma;
- Səliqəlilik, operativlik və çalışqanlıq.
- İnsan resursları sahəsində müvafiq iş təcrübəsi olanlara, rus və ingilis dilini bilən qadın namizədlərə üstünlük veriləcək
İş barədə məlumat:
- İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
- İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- Əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtibi və icrası ilə bağlı tələblərə əməl olunması;
- E-Gov və ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
- Yeni vakansiyalar üzrə işçi axtarışının (elan yerləşdirilməsi, daxil olan CV-lərin analizi əsasında müsahibə mərhələsi üçün tələblərə uyğun gələn namizədlərin siyahısının hazırlanması və sair) təmin olunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- Başlanğıc əmək haqqı 800 AZN;
- Əmək haqqının işçinin perfomansına uyğun olaraq artırılması nəzərdə tutulur;
- Sınaq müddəti 1 aydır.
İş qrafiki:
- 6 günlük iş qrafiki .6-cı gün yarım iş günü.
__
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur