Süni intellekt həlləri ilə “Xocalıya ədalət” gənclərin gözündə müsabiqəsi
“Xocalıya Ədalət!” Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Süni intellekt həlləri ilə “Xocalıya ədalət” gənclərin gözündə müsabiqəsi elan edilir!
Müsabiqənin əsas məqsədi heç bir zaman unudulmayacaq Xocalı soyqırımını süni intellektdən istifadə edərək yaradıcı gənclərin gözü ilə işıqlandırmaq və gənclərin yaddaşına həkk etməkdən ibarətdir.
Müsabiqənin mövzuları:
• Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi;
• Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması;
• Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmaması;
• Vətən müharibəsindəki Şanlı Zəfərimiz sayəsində azadlığına qovuşan Xocalıya qayıdışın təsvir edilməsi.
Müsabiqədə iştirak üçün şərtlər:
Müsabiqəyə bu sahəyə marağı olan 16-29 yaş arası həvəskar və peşəkar gənclər müraciət edə bilərlər.
Təsvir süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə gəncin özü tərəfindən yaradılmalıdır.
Hər bir iştirakçı maksimum 2 ədəd iş təqdim edə bilər.
Təqdim edilən nümunələr ağ-qara və ya rəngli ola bilər.
Təsvirlər yalnız yuxarıda qeyd olunan mövzuları əhatə etməlidir.
Təsviri yaradarkən Xocalı rayonuna aid olan real foto və kadrlardan istifadə edilə bilər.
Təsvirlər daha öncə heç bir yerdə nümayiş etdirilməməlidir.
Müsabiqəyə göndəriləcək təsvirlərin keyfiyyəti yüksək olmalıdır.
Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
Qaliblər müvafiq olaraq 500, 300 və 200 AZN dəyərində hədiyyə kuponları ilə mükafatlandırılacaq.
Süni intellekt həlləri ilə “Xocalıya ədalət gənclərin gözündə” müsabiqəsi üçün müraciət müddəti 21 fevral 23:59-dək uzadıldı!
Müraciət üçün link: https://bit.ly/justiceforkhojaly
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur