Bazar, 1 İyun, 2025

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edir


  • Dərc edildi: 3 Mart, 2023 - 15:35
Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edir

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edir

 

Məlum olduğu kimi, Azərbaycan Elm Fondu (AEF) mütəmadi olaraq gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə qrant müsabiqələr elan edir. 

 

AEF-in bu məqsədlə elan etdiyi müsabiqələrdən biri də Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsidir. 

 

Bütün elm sahələri üzrə gənc tədqiqatçıların müraciət etməsi imkanlarının təqdim olunduğu bu müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 6 mart 2023-cü il tarixindən etibarən, elektron qaydada “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (e-QRANT) rəsmi internet səhifəsində (http://e-grant.aef.gov.az/) 28 aprel 2023-cü il tarixinədək həyata keçiriləcək. 

 

Qeyd edək ki, elektron-hökumət prinsipləri əsasında qurulmuş bu sistem “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

 

Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

 

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq. 

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 176
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...