Bazar ertəsi, 14 İyul, 2025

TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə tibb qeydiyyatçısı vəzifəsi üzrə vakant yerlər elan edir


  • Dərc edildi: 30 İyul, 2024 - 20:13
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə tibb qeydiyyatçısı vəzifəsi üzrə vakant yerlər elan edir

TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə tibb qeydiyyatçısı vəzifəsi üzrə vakant yerlər elan edir

 

Görəcəyiniz işlər:

  • Müalicə müəssisəsinə tibbi yardım üçün müraciət edən xəstələrin elektron qeydiyyatının aparılması;
  • Xəstəxana idarəetmə sisteminə müraciət edən şəxsin məlumatlarının düzgün daxil edilməsi;
  • Müraciət edən şəxsə müraciəti ilə bağlı düzgün məlumatın verilməsi və yönləndirilməsi;
  • Müraciət edən şəxsə göstəriləcək tibbi xidmətlərin xəstəxana idarəetmə sistemində qeydiyyat işinin aparılması;
  • Müraciət edən şəxsə aid olan sənədlərin elektron surətlərinin bölmə müdirinə təhvil verilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali və ya orta tibb təhsili
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • Kompüter bilikləri – Microsoft Office (yaxşı səviyyədə)
  • İlkin sənədlərlə iş qaydasını bilməli
  • Sərbəst ünsiyyət bacarığı
  • Kollektiv ilə işləmək bacarığı
  • Operativlik və problemləri həll etmək bacarığı
  • Məsuliyyətli və intizamlı olmaq

Müraciət qaydası

  • CV-lər [email protected] ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM - qeydiyyatçı) qeyd olunmalıdır;
  • CV-lər 02.08.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4303
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 180
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 139
Məktəbəhazırlıq qrup...