Vəzifə:
PAŞA Malls Maliyyə üzrə Menecer vəzifəsinə namizədlər axtarır.
İşin xülasəsi:
Maliyyə üzrə menecer məlumatların təhlilini aparır, mənfəətin artırılması yollarına dair yüksək rəhbərliyə məsləhətlər verir və PAŞA Malls büdcəsinə və maliyyə vəziyyətinə nəzarət edir. Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV‐lərini 27 noyabr 2023‐cü il saat 18.00‐dək [email protected] ünvanına göndərmələri xahiş olunur.
Əmək funksiyalarının təsviri:
- Korporativ maliyyə hesabatlarını hazırlamaq;
- Mühasibatlıq şöbəsi üçün bir sıra maliyyə nəzarəti mexanizmləri və prosedurlarını yaratmaq;
- Gündəlik xərclərin faktiki xərclər ilə müqayisəsi və büdcənin faktiki göstəricilər ilə digər müqayisələri daxil olmaqla büdcənin dövri yoxlamalarını aparmaq;
- Rəhbərliyə müvafiq maliyyə məlumatları vermək;
- Bütün maliyyə prosedurlarına və hesabatlarına nəzarət etmək və məsuliyyət daşımaq;
- Korporativ hesabları və fakturaları daima yoxlamaq;
- Nağd ödənişlər, nağd daxilolmalar, debitor borcları, aysonu əmək haqqı xülasəsi, debitor borclarının xülasəsi və ümumi tənzimləmələr üçün jurnal qeydləri daxil olmaqla müxtəlif mühasibat kitablarına cavabdeh olmaq;
- Kreditor, debitor borclarının uzlaşdırmaq, pul vəsaitlərinin hesabatı və balans auditi daxil olmaqla aylıq hesabatlar yaratmaq;
- Maliyyə direktorunun tapşırdığı digər əlaqəli işləri yerinə yetirmək;
- Mühasibat və büdcə komandalarına yeni işçiləri işə götürmək və onlara lazımi təlimlər vermək;
- Büdcə və mühasibat komandalarının təyinatlarına və prioritetlərinə nəzarət etmək və onları idarə etmək;
- Maliyyə direktorunun razılığı ilə maliyyə vəzifələrini bölüşdürmək;
- İş səmərəliliyinin vaxtında və konstruktiv qiymətləndirilməsini aparmaq.
Əsas meyarlar:
- Mühasibat, İqtisadiyyat və ya maliyyə sahəsində bakalavr və magistr dərəcəsi, ən azı 5 il yüksək maliyyə vəzifələrində təcrübə;
- Korporativ büdcələr yaratmaq və idarə etmək bacarığı;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- İdarəetmə müqaviləsində ətraflı təsvir olunduğu kimi mühasibat xidmətləri göstərmək;
- Büdcə və analiz proqramı ilə yanaşı Microsoft Office proqramlarında işləyə bilmək;
- Əla idarəetmə bacarıqları;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- IRFS sistemi haqda bilik;
- Mükəmməl təşkilatçılıq bacarığı və detallara diqqət etmə bacarığı;
- Büdcə və Mühasibat uçotu prinsiplərini, təcrübələrini və siyasətlərini dərindən başa düşmək.
Şirkət haqqında:
PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 7 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.
Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;
Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;
Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;
Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;
Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;
Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;
Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur