Şənbə, 7 İyun, 2025

“Aparıcı mühasib” və “Mühasib” vəzifələri üzrə vakansiya


  • Dərc edildi: 27 İyul, 2022 - 17:15
“Aparıcı mühasib” və “Mühasib”  vəzifələri üzrə vakansiya

Dövlət Radiotezliklər İdarəsi  “Aparıcı mühasib” və “Mühasib”  vəzifələri üçün namizədləri dəyərləndirir.

Aparıcı mühasib ( maliyyə hesabatları üzrə) 

 Vəzifə öhdəlikləri

· Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun mühasibat uçotunu aparmaq;
·  Maliyyə Hesabatlarını hazırlamaq;
·  Büdcənin hazırlanması və icrasına nəzarət etmək;
·  Xərclərə nəzarət sistemini təşkil etmək;
·  Bank əməliyyatlarını icra etmək və  elektron qaimə fakturaları yazmaq.

Mühasib ( vergi üzrə)
Vəzifəöhdəlikləri

· Bütün növ vergilərin qanunvericiliyə uyğun düzgün hesablanmasını təmin etmək;
·  Maliyyə hesabatlarını hazırlamaq;
·  Büdcənin hazırlanması və icrasına nəzarət etmək;
·  Xərclərə nəzarət sisteminin təşkili;
·  Bank əməliyyyatlarının işlənilməsini, elektron qaimə fakturaların yazılmasını həyata keçirmək;
·  Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək;
·  Vergi qanunvericiliyində olan dəyişiklikləri izləmək, vergi uçotu ilə bağlı fəaliyyətlərin, vergi məqsədli maliyyə hesabatlarının hazırlanıb təqdim edilməsini təmin etmək və nəzarətdə saxlamaq;

Namizədə tələblər (hər iki vakansiya üçün):

·  Maliyyə sahəsi üzrə ali təhsil;
·  Mühasib vəzifəsi üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
·  Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını mükəmməl bilmək (Aparıcı mühasib - maliyyə hesabatları üzrə) ;
·  Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsini mükəmməl bilmək (mühasib – vergi üzrə) ;
·  BTP proqramı, emas.sosial.gov.az, e-gov.az, e-taxes.gov.az portallarında işləmək bacarığı;
·  MS Office proqramlarında, xüsusilə exceldə mükəmməl işləmək bacarığı;
·  Təhlil etmə və təqdimat bacarığı;
·  Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarığı;
·  İngilis və Rus dili üzrə orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; 
·  Komandada işləmə, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları;
·  Çeviklik, diqqətlilik və dəqiqlik.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində müvafiq vəzifə qeyd  etməklə CV-ni 📧 [email protected] ünvanına göndərmələrini xahiş edirik.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 127
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...