Bazar ertəsi, 18 Avqust, 2025

Qəbul imtahanlarında iştirak etmək üçün tələb olunan ödənişdən azad olan abituriyentlər barədə məlumat


  • Dərc edildi: 3 Mart, 2023 - 15:00
Qəbul imtahanlarında iştirak etmək üçün tələb olunan ödənişdən azad olan abituriyentlər barədə məlumat

İmtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili alanlar istisna olmaqla) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı ödənişsiz olur. Bu abituriyentlər “İnformatika”, “Coğrafiya” fənni üzrə əlavə imtahanda iştirak etdikləri halda ödəniş (10 AZN) edəcəklər. 

Aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili alanlar istisna olmaqla) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: 
 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; 

 şəhid ailəsinin üzvləri; 

 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; 

 məcburi köçkün statusu olan şəxslər; 

 I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6752
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1630
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 643
“İnnovativ məktəb” l...