Bazar, 17 Avqust, 2025

Texniki Dəstək bölməsində mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssis vakansiyaları


  • Dərc edildi: 27 İyul, 2022 - 17:30
Texniki Dəstək bölməsində mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssis vakansiyaları

Kapital Bank namizədləri Xidmətə dəstək və nəzarət şöbəsinin Texniki Dəstək bölməsinin mütəxəssisi/aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər
- POS-terminalların proqram təminatı ilə təchiz edilməsini təmin etmək;
- POS-terminallar üzrə müvafiq məlumatları Bankın “TW CMS” proqram moduluna daxil etmək;
- Karta geri qaytarılma əməliyyatı üzrə sorğuları yönləndirmək və təqib etmək;
- POS-terminalların müvafiq prosedurlara uyğun filiallar üzrə təhvil-təslimini həyata keçirmək;
- POS-terminalların ticarət obyektlərində quraşdırılmasını təmin etmək;
- POS-terminallar üzrə monitorinq və nəzarəti həyata keçirmək;
- Şöbəyə daxil olmuş məktub, ərizə və şikayətlər üzrə araşdırma aparıb cavablar hazırlamaq.

Tələblər
Ali təhsil
Azərbaycan dili və rus dili bilikləri
Komanda ilə işləmə bacarığı
Yeniliklərə açıq olmaq
Sürətli işləmə bacarığı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az  portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6695
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1583
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 616
“İnnovativ məktəb” l...