Yanaşmalarınla rəqəmsal dünyada fərqlənirsənsə, enerjinlə komandanı ruhlandırırsansa, mütləq aramıza qatıl. Yeni ideyalarla sosial mediada maraqlı məzmunlar yaratmaq üçün səni gözləyirik.
• Sosial media platformalarında maraqlı kampaniyaları, müsabiqələr və video kontent hazırlamaq.
• Markalar üçün rəqəmsal strategiyalar tərtib etmək.
• Sosial mediani yaxından izləmək və trendlərdən xəbərdar olmaq.
• 360 kampaniyalar çərçivəsində və ya müstəqil rəqəmsal kampaniyalar üçün komunikasiyalar düşünmək.
• Kreativ komanda (dizaynerlər, kopirayterlər və developerlər) ilə əməkdaşlıq edərək reklam materialları yaratmaq.
• Müştərilərlə kommunikasiya qurmaq, brifləri təhlil etmək və tələbləri aydınlaşdırmaq.
• Trello, Basecamp və Excel kimi idarəetmə alətlərindən istifadə edərək prosesləri təşkil etmək.
• Müştərilərə üçün təqdimatlar hazırlamaq və rəqəmsal ideyaları təqdim etmək.
• Komandaya yeni trendlər və innovasiyalar barədə məlumat vermək.
• Rəqəmsal marketinq platformalarında 1-3 il (Google Ads, Meta Ads, Linkedin Ads və s.) iş təcrübəsi;
• Kreativ ideyalara malik olmaq.
• Marketinq kommunikasiyaları və 360 kampaniyalar haqqında əsas biliklərə sahib olmaq.
• Azərbaycan dilini mükəmməl bilmək (məcburidir), əlavə olaraq ingilis və ya rus dili bilikləri üstünlükdür.
• TikTok, Instagram və YouTube kimi platformaların funksional xüsusiyyətləri və texniki imkanları barədə məlumatlı olmaq.
• Fikirləri, mexanizmləri və şifahi kommunikasiyanı yaxşı təşkil etmək bacarığı.
• İş qrafiki: 5 günlük - 10:00 - 19:00
• Əmək haqqı: Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə əsnasında müəyyən ediləcək.
Kampaniyalardan ibarət portfolionu və CV-ni [email protected] ünvanına göndər
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb