Cümə axşamı, 14 Avqust, 2025

“Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 20 Oktyabr, 2022 - 16:22
“Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib.

18 oktyabr 2022-ci il tarixində baş tutan tədbir Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə keçirilib.

Layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris

platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Layihə çərçivəsində

hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Açılışda Ağcabədi şəhər 9 saylı tam orta məktəb direktoru Quliyev Rizvan, Ağcabədi rayon R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin direktoru Əliyeva Vüsalə və müəllimlər iştirak edib.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6501
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1448
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 566
“İnnovativ məktəb” l...