reklam

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə yenidən start verir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası regional koordinatorların seçim mərhələsinə yenidən start verir!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) illik fəaliyyətləri çərçivəsində regionlarda gənc müəllimlərin əlaqələndirilməsi, təşkilatın tədbirlərinin əlçatanlığının təmin edilməsi, üzvlərin ilkin təlimatlandırılması və onların vahid sistem üzrə idarəetməsinin təşkili məqsədilə regional koordinatorların seçiminə start verilir.

Tələblər və meyarlar:

- Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmalı ;
- Yaşı 35-dən aşağı olmalı ;
- AGMA-nın fəaliyyətlərinə könüllü olaraq qoşulma təşəbbüsünə malik olmalı ;
- İKT bacarıqları yüksək olmalı ;
- Pedaqoji stajı 3 ildən çox olmalı ;
- Məsuliyyətli, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqları olmalı ;
- Aktiv sosial şəbəkə istifadəçisi olmalı.

Vəzifə funksiyaları və öhdəlikləri:

• AGMA şəbəkəsinə daxil olan təmsil etdiyi region üzrə müəllimlərlə işi təşkil etmək ;
• AGMA-nın fəaliyyət istiqamətləri üzrə üzv müəllimlərlə iş mexanizmi və strategiya ilə tanış etmək ;
• Təmsil etdiyi region üzrə vatsap və ya digər kommunikasiya imkanları yaratmalı. Bu platformanın daimi və işlək olmasını təmin etmək ;
• Regionda çalışan müəllimlərə agma.az saytına üzv olmağa köməklik etmək ;
• Təmsil etdiyi rayonda təşəbbüskar olmaq ;
• Üzvlərlə birbaşa kommunikasiya aparmaq və onları müvafiq məlumatlarla təmin etmək ;
• Göndərilən məlumatları üzvlər arasında zamanında və düzgün paylaşmaq, sorğular keçirmək və ehtiyacları müəyyənləşdirmək.

Seçimlər 3 mərhələdə aparılacaqdır.

Mərhələ 1: Qeydiyyat anketinin qiymətləndirilməsi;

Link: https://lnkd.in/d-3WQ8s9

Qeydiyyatın bitmə tarixi: 8 sentyabr 2022-ci il saat 23:59

Mərhələ 2: Müsahibənin təşkili

Birinci mərhələni uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsiylə bağlı məlumatlar namizədlərin elektron ünvanına göndəriləcəkdir. Bu mərhələdə əlavə ölçü meyarı kimi namizədlər barədə Rayon təhsil idarələrindən tövsiyələr də alınacaqdır.

Müsahibənin keçirilmə tarixi: 9 - 13 sentyabr 2022-ci il

Mərhələ 3: Müsabiqənin təşkili

Müsabiqə mərhələsində namizədlər məntiqi təfəkkürü, idarəetmə və ünsiyyət bacarıqlarını ölçən testlərdən keçəcəklər. Test onlayn şəkildə aparılacaq. Testin linki 2-ci mərhələni uğurla adlamış namizədlərin elektron poçtuna göndəriləcəkdir. Test verilmiş zaman çərçivəsində aktiv olacaqdır. Xahiş olunur, elektron poçtunuzu düzgün qeyd edəsiniz.

Müsabiqənin keçirilmə tarixi: 14sentyabr 2022 - ci il

Mərhələləri uğurla başa vurmuş namizədlərlə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası arasında 1 illik könüllülük müqaviləsi bağlanılacaqdır. Bu müqaviləyə əsasən regional koordinatorlar vəzifə öhdəliklərini həyata keçirəcəklər. Bununla yanaşı, il ərzində regional koordinatorlar müxtəlif təlimlərə və master klasslara cəlb olunacaq, onların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək olunacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az