Bazar, 17 Avqust, 2025

İctimaiyyətlə əlaqələr üzrə menecer vakansiyası


  • Dərc edildi: 25 İyul, 2022 - 10:46
İctimaiyyətlə əlaqələr üzrə menecer vakansiyası

“Sumqayıt Texnologiyalar Parkı’’ MMC Kommunikasiya bölməsinə İctimaiyyətlə əlaqələr üzrə menecer vakansiyasını elan edir.

Bizim üçün uyğun namizəd:
-      Ali təhsil (Marketing, Jurnalistika və əlaqəli sahə);
-      İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində ən az 5 il iş təcrübəsi;
-      Azərbaycan, rus və ingilis dilləri yüksək səviyyədə olmalı;
-      Kopiraytinq bacarıqlarına malik olmalı, press-reliz məqalələri yazmağı bilməlidir;
-      Tədbirlərin, sərgilərin, seminar və konfransların təşkilini bacarmalıdır;
-      Natiqlik qabiliyyəti olmalıdır.
 
Hansı işləri görəcəksiniz:
-      Mətbuatla əlaqələrin qurulması və genişləndirilməsinə nəzarət;
-      Press-reliz və müsahibələrin hazırlanması və işıqlandırılması;
-      STP haqqında çıxan məlumatların monitorinqi və qiymətləndirilməsi;
-      Sosial şəbəkələrə məlumatların yerləşdirilməsinə nəzarət;
-      Dizayn və çap işlərinə dair təkliflərin və ideyaların verilməsi;
-      Admin panelin idarə olunmasına, sayta məlumatlarının daxil edilməsinə və sualların cavablandırılmasına nəzarət.

Əlavə məlumatlar:
-         Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
-         Tibbi sigorta ilə təminat;
-         İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
-         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İctimaiyyətlə əlaqələr üzrə menecer” yazaraq 25.08.2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6702
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1595
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 622
“İnnovativ məktəb” l...