Kənd Təsərrüfatı və əlaqədar ixtisaslarda təhsil almış məzunların nəzərinə

Kənd Təsərrüfatı və əlaqədar ixtisaslarda təhsil almış məzunların nəzərinə:
 
“MKT İstehsalat Kommersiya” MMC potensiallı və bacarıqlı namizədlər axtarışındadır. Bizə qoşulun və bizimlə birgə karyera inkişafına nail olun.
 
 Biz kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olmaqla innovasiya, davamlılıq və gəlirlilik prinsiplərinə əsaslanan missiyamızla uzun illərdir ki, bu sahədə uğurla fəaliyyət göstəririk. “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
 
 Kənd təsərrüfatı və yaxın sahələrdə təhsil almış məzunların uzunmüddətli axtarışından sonra sizin üstün akademik göstəriciləriniz və karyera marağınızı nəzərə alaraq sizə şirkətimizdə karyera qurmaq və bizimlə birgə inkişaf etmək imkanı yaratdığımız üçün məmnunluq hiss edirik. “ MKT İK MMC” olaraq biz gələcəyin uğurlu namizədlərini yetişdirmək, onların karyera inkişafına dəstək olmaq və eyni zamanda şirkətimizdə ehtiyac duyulan sahələrdə istedadların cəlb edilərək gələcək plan və hədəflərimizə töhfə verə biləcək bacarıqlı namizədlərin yetişdirilməsini hədəfləyən “Addım” layihəsini təqdim edirik.
 
Nəyə görə bizə qoşulmalısınız?
1) İnnovativ İş mühiti- İnnovasiyalar və ən yeni texnologiyaların tətbiqinə əsaslanan bir komandanın tərkib hissəsi ola;
2) Öyrənmə və İnkişaf-Davamlı inkişafa əsaslanan şirkətdə təlimlərə cəlb edilməklə özünüzü inkişaf etdirə;
3) Fərq yaradacaq Layihələr- Kənd təsərrüfatı sahəsində ən yenilikçi praktikaların tətbiqini nəzərdə tutan müxtəlif layihələrin iştirakçısı ola;
4) Mentorluq- Mentorluq proqramında iştirak etməklə bu sahədə dərin bilik və bacarıqlara sahib professionallarla birgə işləyə bilərsiniz.
 Əgər bu sahədə özünüzü inkişaf etdirmək və ən yeni texnologiyalar və praktikaların tətbiqinə əsaslanmaqla bu sahədə uğurla irəliləyən şirkətimizin bir parçası olmaq istəyirsinizsə bizə qoşulun və bizimlə birgə inkişaf edin. 

Son tarix

Aprel 27, 2024

Müraciət et



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az