Şənbə, 16 Avqust, 2025

“Təhsil Avtobusu - Gələcəyə doğru” yola çıxmağa hazırlaşır!


  • Dərc edildi: 30 İyun, 2023 - 13:59
“Təhsil Avtobusu - Gələcəyə doğru” yola çıxmağa hazırlaşır!

“Təhsil Avtobusu - Gələcəyə doğru” yola çıxmağa hazırlaşır!


Bu yay Təhsil Avtobusu işğaldan azad olunan bölgələrimizdə yenidən inşa edilən kəndlərimizin və ucqar kəndlərimizin şagirdləri üçün səfər edəcək. 


Artıq 6 ildir ki davam edən bu layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və DVC-nin təşkilatçılığı, Heydar Aliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində keçirilir.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan “Təhsil Avtobusu” bu il “Gələcəyə doğru” konsepsiyası ilə yola düşür və bu bölgələrdə yerləşən məktəblərin şagirdlərini əhatə edəcək.

Layihənin məqsədi şagirdlərdə gələcək üçün yeni bacarıq və vərdişlər qazandırmaq, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və "Heydər Əliyev irsi"ni təbliğ etməkdir.

Layihə Korporativ Sosial Məsuliyyət çərçivəsində müxtəlif şirkət və qurumlar tərəfindən dəstəklənəcək. 


Tarix: 12-19 iyul 2023-cü il

Əməkdaşlıq üçün:
📞 0774211103
📩 [email protected]

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6638
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1562
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 602
“İnnovativ məktəb” l...