Azercell-də təcrübə keçmək imkanı

Azercell-də təcrübə keçmək imkanı

 

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.

Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik:

Telekommunikasiya komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!

Biz nə təklif edirik:

  • İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
  • Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
  • Hibrid iş rejimi / çevik cədvəl
  • Kompensasiya mövcuddur
  • Texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
  • Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş ilə təmin olunma şansı

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. 
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)

Təcrübəçinin əsas öhdəlikləri:

  • Biznes Davamlılığının İdarə Edilməsi prosesini davamlı olaraq təkmilləşdirmək və idarə etmək.
  • Risklərin İdarə Edilməsi, Biznes Təsir Analizi və Risklərin Dəyərləndirilməsi proseslərini həyata keçirmək və bu proseslər üzərində qurulacaq sistemi daim olaraq nəzarətdə saxlamaq və yeniləmək.
  • Standartın tələb etdiyi müvafiq sənədləri hazırlayıb ISO 22301 sertifikasiya prosesini həyata keçirmək.
  • Təhlükəsizlik sistemləri və proseslərin vəziyyətini yoxlamaq məqsədi ilə Bakıda və digər regionlarda vaxtaşırı və müntəzəm auditlər keçirmək.
  • Qanunvericiliyin tələblərinə və şirkətin illik Mülki Müdafiə planına uyğun olaraq şirkətdə Mülki Müdafiə işinin qurulması.

 

Requirements

 

Tələb olunan biliklər:

  • Bakalavr və ya Magistratura təhsili: İnformasiya Texnologiyaları; Kompüter Elmləri; Şəbəkə Texnologiyası; Kompüter Mühəndisliyi.
  • İT Proseslərinin İdarə Edilməsi.
  • “Structured Query Language” (SQL) & “Tableu”.

Təcrübə proqramına kimlər müraciət edə bilər:

  • Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
  • Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar
  • Gələcək karyerasını Təhlükəsizlik sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
  • Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə

 

Hiring process

 

Müraciət qaydası:

  • www.azercell.jobs səhifəsinə daxil olun;
  • Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
  • Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
  • Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

 

Deadline for applicants

28th February 2025 06:00 PM

APPLY


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az