Tikinti materialları departamentinin rəhbəri vəzifəsinə vakansiya

Hazırda şirkətimizə Tikinti materialları departamentinin rəhbəri vəzifəsinə dinamik və strateji lider axtarılır. 

Bu vəzifə tikinti materialları departamentinin strateji təşəbbüslərinə rəhbərlik edəcək və sektorda davamlı inkişafı təmin olunmasından məsul olacaq. Uğurlu namizəd şirkətin gələcək biznesinin formalaşdırılmasında mühüm rol oynayacaq.

 Vəzifə üzrə məsul şəxs Baş icraçı direktora hesabat verəcək.

 İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günlər iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var.)

 Tələblər:
• Biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq əlaqədar sahə üzrə magistr təhsili,
• Ən az 5 il rəhbər vəzifədə olmaqla, tikinti materialları sənayesində 10 ildən çox təcrübə,
• İngilis və azərbaycan dillərini yüksək səviyyədə bilmək; Rus və türk dilləri biliyi üstünlükdür.
• Güclü strateji liderlik və biznesin inkişafına nail olmaq bacarıqları,
• Yüksək səviyyədə maliyyə bilikləri və büdcə idarəetmə bacarığı və təcrübəsi,
• Yüksək səviyyədə ünsiyyət bacarığı,
• Data əsaslı qərarların qəbulu üçün analitik düşüncə,
• Tikinti materialları sektorunda innovasiya və texnologiyanın tətbiqi üzrə bilik və bacarıqlar,
• Tənzimləyici normativləri nəzərə almaq və uyğunluq təmin etmək bacarığı,
• Sıfırdan yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi sahəsi üzrə bilik və təcrübənin olması,
• İzolyasiya materialı, zavod şəraitində hazırlanmış yığma beton, məsaməli beton və quru qarışıqlar kimi qeyri-sement və sementlə əlaqəli tikinti materialları üzrə biliklər və təcrübə arzuolunandır.

 CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az