Çərşənbə, 2 İyul, 2025

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulunu elan edir


  • Dərc edildi: 10 Yanvar, 2024 - 15:37
Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulunu elan edir

Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulunu elan edir.

Region:

- Bakı, Lənkəran, Masallı, Cəlilabad şəhərləri üzrə

Tələblər:

- Ali təhsil;
- Təhsildə sosial-psixoloji xidmət, sosial iş, təhsilin təşkili və idarə olunması ixtisaslarını, həmçinin pedaqoji profilli ixtisasları bitirmiş şəxslər;

- 21-30 yaş aralığı;
- Rəngli şəkliniz olan CV;
- Azərbaycan dilində səlis danışmaq;
- Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

Kişi namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər. 

Öhdəliklər:

- Məktəb heyəti və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq;

- Fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək;

- Şagirdlərin özünüinkişaf və intellektual ba

carığının formalaşdırılmasında iştirak etmək.


Tələblərə uyğun namizədlər test imtahanı mərhələsində iştirak edirlər. 

İmtahanda məntiq və ümumi dünyagörüşünə, ilkin psixoloji dəyərləndirməyə, təhsil qanunvericiliyinə aid bilikləri yoxlamaq məqsədilə suallar təqdim olunur. Bu mərhələdə uğur qazanan namizədlər müsahibəyə dəvət edilir və müsahibədən keçən namizədlər təlimlərə cəlb olunurlar.

Təlimləri uğurla bitirən namizədlər işə qəbul ediləcəklər. 

Müraciət üçün aşağıdakı linkə daxil olaraq anketi doldurmaq lazımdır.

Müraciət et

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi 22.01.2024

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 96
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 45
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 228
Məktəbəhazırlıq qrup...