“Reklam posterinin hazırlanması" adlı master klass keçiriləcək (ÖDƏNİŞSİZ)

Daha çox praktika! Daha çox real işlər!

Şənbə günü 5 noyabr tarixində, saat 16:00-da Kompüter Qrafikası və Dizayn kafedrasının rəhbəri Toğrul Babayev sizlər üçün xüsusi “Reklam posterinin hazırlanması" adlı master klass keçirəcək.

Gələcəkdə özünü dizaynla bağlamaq istəyən hamı tədbirə dəvətlidir.

Master-klassda nələr öyrədiləcək:

 Müştəri və tələbləri

 Texniki tələblər və həllər

 Poster üçün ideya

 Posterin hazırlanması prosesi

 Müştəriyə təqdimat

Master klassın təlimçisi Kompüter Qrafikası və Dizayn kafedramızın rəhbəri, tanınmış dizayner Toğrul Babayevdir. Toğrul müəllim bu il öz peşə fəaliyyətinin 25-illiyini qeyd edir. Bu illərin 10-nu o, pedaqoji fəaliyyətə həsr edib. Bir neçə xarici müsabiqədə, o cümlədən sənaye və kommersiya dizaynı üzrə müsabiqələrdə iştirak edib. O, təhsilini Hindistanın Mohali şəhərindəki Yüksək Texnologiyaların İnkişaf Mərkəzində alıb.

Hamınızı 5 noyabr saat 16:00-da,

Koroğlu Rəhimov 70 ünvanında səbirsizliklə gözləyirik.

Tədbirdə iştirak üçün qeydiyaytdan keçiməyi unutmayın!

Qeydiyyat



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az