Bazar, 1 İyun, 2025

Kinorejissor, yazıçı və kurator Aleksey Ulkonun mühazirəsi


  • Dərc edildi: 30 Oktyabr, 2022 - 12:30
Kinorejissor, yazıçı və kurator Aleksey Ulkonun mühazirəsi

Kinorejissor, yazıçı və kurator Aleksey Ulkonun mühazirəsi 

"Orta Asiyada eksperimental kinonun inkişafı" mühazirəsi çərçivəsində, söhbət hər bir konkret ölkə deyil, daha çox kinematoqrafda mövzular və meyllər, həmçinin aparıcı adlar (Saşa Uqay, Ümidə Əhmədova, Aleksey Rumyantsev, Ulan Djaparov, Zoya Falkova və s.) haqqında gedəcək. Mühazirəçi Almagül Menlibayeva və Saodat İsmayılovanın yaradıcılığında feminist və ekoloji problemlərin kəsişməsi mövzusuna da toxunacaq. Bundan əlavə, biz həmçinin "İnstagram stories" və "TikTok"-un eksperimental film və videoart sənətini necə "öldürdüyü" barədə danışacağıq.

Aleksey Ulko (d.1969, Səmərqənd) – Səmərqənd Universitetində ingilis dilini öyrənib və Ekseter Universitetində təhsil sahəsi üzrə magistr dərəcəsi almışdır. Səmərqənd Xarici Dillər İnstitutunda ingilis dili və stilistikadan dərs deyib, 2003-cü ildən isə ingilis dili və mədəni tədqiqatlar üzrə məsləhətçi vəzifəsində çalışır. 2007-ci ildən Orta Asiyanın müasir mədəniyyəti və incəsənəti haqqında məqalələr yazır və məruzələrlə çıxış edir, eksperimental kino və incəsənət layihələri ilə məşğul olur. ESCAS, AAH, CESS kimi cəmiyyətlərin və "The Garage Journal" Redaksiya Heyətinin üzvüdür. 2021-ci ildən Daşkənddə Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun nəzdində Müasir İncəsənət Mərkəzində gənc rəssamlar laboratoriyasının kuratorudur.

Tədbir rus dilində, azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək

İştirak etmək üçün: https://cutt.ly/HNv4ky5

2 noyabr, 19:00

YARAT Mərkəzi

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 125
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 178
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 97
XVIII Beynəlxalq Ast...