“Rabitəbank” ASC Bakı, Şamaxı, Şəmkir, Gəncə, Lənkəran, Ağsu, Şirvan, Ağcabədi və Kürdəmir filiallarına Universal işçi vəzifəsi üzrə işə qəbul elan edir

“Rabitəbank” ASC Bakı, Şamaxı, Şəmkir, Gəncə, Lənkəran, Ağsu, Şirvan, Ağcabədi və Kürdəmir filiallarına Universal işçi vəzifəsi üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
  • Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
  • Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
  • Bankın tələblərinə uyğun olan  müştəriləri banka cəlb edilməsini təmin etmək;
  • İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
  • Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

Namizədə olan tələblər:         

  • Ali təhsil (iqtisadi olması arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04.12.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq Universal işçi” yazmağınız xahiş olunur.  

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az