
VAKANSİYA: “Gələcəyini Qur!” Layihəsində Layihə koordinatoru (tam ştat)
Müraciət üçün son tarix: 15 mart 2025-ci il
Ümumi Məlumat:
Layihə Koordinatoru “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin gündəlik koordinasiyasını həyata keçirir. Koordinator layihə fəaliyyətlərinin vaxtında icrasını, maraqlı tərəflərlə effektiv kommunikasiya qurulmasını və tapşırıqların vaxtında tamamlanmasını təmin edir.
Tələblər:
- Ali təhsil (minimum bakalavr dərəcəsi)
- Layihələrin idarə olunması, təhsil və ya gənclərlə iş sahəsində peşəkar təcrübə (minimum 3 il)
- İngilis dili biliyi (B1-B2 Intermediate/Upper Intermediate)
- Kompüter proqramları biliyi (MS Office)
- Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli
- Komandada və müstəqil şəkildə işləyə bilən
- Kreativ və təşəbbüs göstərən
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Öz üzərində çalışan və öyrənməyə həvəsli (lifelong learner)
Vəzifə və öhdəliklər:
- Layihənin ümumi koordinasiyasını həyata keçirmək
- Layihə iştirakçıları (abituriyentlər), Layihə məzunları (tələbələr) və Layihə könüllüləri ilə işin təşkili
- Layihə fəaliyyətləri və tədbirlərin təşkili
- Layihənin seçim prosesinin planlaşdırılması və həyata keçirilməsi
- Hesabatların hazırlanması (Azərbaycan və ingilis dillərində)
- Layihə çərçivəsində digər iş və tapşırıqların yerinə yetirilməsi
Vakansiyaya müraciət:
Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Project Coordinator – Build Your Future” başlığı ilə (subject) [email protected] elektron ünvanına göndərə bilərlər:
- CV (maksimum 2 səhifə)
- Motivasiya məktubu (motivasiya məktubunda əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur)
Qeyd:
- Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq
- Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar
- Əmək haqqı gözləntisi Motivasiya məktubunda qeyd olunmalıdır
Müraciət üçün son tarix: 15 mart 2025-ci il
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur