Bazar ertəsi, 2 İyun, 2025

“Bacarıqlar Məktəbi” layihəsində Layihə koordinatoru (tam ştat) vakansiyası


  • Dərc edildi: 6 Mart, 2025 - 11:17
“Bacarıqlar Məktəbi” layihəsində Layihə koordinatoru (tam ştat) vakansiyası

VAKANSİYA: “Bacarıqlar Məktəbi” layihəsində Layihə koordinatoru (tam ştat)

 

Müraciət üçün son tarix: 15 mart 2025-ci il

 

Ümumi Məlumat:

Layihə Koordinatoru gənclərin inkişafına yönəlmiş yeni layihənin gündəlik koordinasiyasını həyata keçirir. Layihənin məqsədi məktəblilər üçün yumşaq bacarıqlar təlimlərini təşkil etməkdir. Koordinator layihə fəaliyyətlərinin vaxtında icrasını, maraqlı tərəflərlə effektiv kommunikasiya qurulmasını və tapşırıqların vaxtında tamamlanmasını təmin edir.

 

Tələblər və bacarıqlar:

  • Layihələrin idarə olunması, təhsil və ya gənclərlə iş sahəsində peşəkar təcrübə (minimum 3 il)
  • İngilis dili biliyi (B1-B2 Intermediate/Upper Intermediate)
  • Kompüter proqramları biliyi (MS Office)
  • Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları
  • Əməkdaşlıq qurmaq və komandada işləmək bacarığı
  • Yüksək səviyyədə kommunikasiya (yazılı və şifahi) və təqdimat bacarıqları
  • Öz üzərində çalışan və öyrənməyə həvəsli (lifelong learner)
  • Dinamik, kreativ və təşəbbüs göstərən 

 

 

Əsas öhdəliklər:

  • Layihənin bütün mərhələlərini – planlaşdırma, icra, monitorinq və qiymətləndirmə, həmçinin bağlanış proseslərini koordinasiya etmək
  • Layihə çərçivəsində məlumatlandırma və təbliğat kampaniyalarını təşkil etmək
  • Məktəblər, təlimçilər və iştirakçılar da daxil olmaqla, bütün maraqlı tərəflərlə vaxtında və effektiv kommunikasiya qurmaq
  • Görüşlər, təlim sessiyaları və tədbirləri təşkil etmək
  • Layihə fəaliyyətləri ilə bağlı sənədləşmə və məlumat bazalarını idarə etmək
  • Layihə hesabatlarını hazırlamaq və təqdim etmək (Azərbaycan və ingilis dillərində)
  • Layihə çərçivəsində digər iş və tapşırıqları yerinə yetirmək

 

Vakansiyaya müraciət:

Göstərilən tələblərə cavab verən namizədlər aşağıdakı sənədləri “Project Coordinator – Bacarıqlar Məktəbi” başlığı ilə (subject) [email protected] elektron ünvanına göndərə bilərlər:

  1. CV (maksimum 2 səhifə)
  2. Motivasiya məktubu (motivasiya məktubunda əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur)

 

Qeyd: 

  • Natamam, tələblərə uyğun olmayan və son müraciət tarixindən sonra göndərilmiş müraciətlərə baxılmayacaq.
  • Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar
  • Əmək haqqı gözləntisi Motivasiya məktubunda qeyd olunmalıdır

 

Müraciət üçün son tarix: 15 mart 2025-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 124
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...