Çərşənbə, 2 İyul, 2025

Marketinq Komandasına Təcrübəçi axtarılır (Maaşlı)


  • Dərc edildi: 6 Mart, 2025 - 11:19
Marketinq Komandasına Təcrübəçi axtarılır (Maaşlı)

Marketinqdə İlk Addımını Bizimlə At!

Marketinq Komandamıza Təcrübəçi axtarırıq! Amma “çay gətir, kserokopiya çək” üçün yox – həqiqətən öyrənmək istəyən biri lazımdır! 💡

 

Bizə kim lazımdır?

 

 Marketinqdən baza biliyi olan biri (4P nədir, sual versək, “Plov? Pizza? Pasta?” deməsin )

 Təşəbbüskar – “tapşırıq gəlsin, edim” yox, özü də ideya versin, narahat olmasın lağlağı olmayacaq 

Analitik düşüncəli – marketinqi rəqəmlərlə görsün, təkcə hisslə yox.

 Axtarmağı bacarsın – Google ilə dost olsun, lazım olanı tapmağı bacarsın.

 Dil biliyi? – Rus və ya ingilis danışığı mütləq deyil, amma başa düşə bilsin (yoxsa “target audience” eşidəndə diksinməsin).

 MS Office-lə arası olsun – Excel-in 10-nun 3-nü bilsə, qalan 7-ni öyrədərik!

 

 Nə qazanacaqsan?

 

Marketinqin real tərəfini öyrənəcəksən – “Google-da reklam vermək”dən qat-qat çox şey var. Sıfırdan məhsul yaratmağı...

 Sənin karyeran üçün real təcrübə və gələcək imkanlar.

 Azərbaycanda marketinq sahəsinə ömrünün 15 ilini vermiş adamla birlikdə işləyəcəksən! (Marketinqin içində böyüyənlərdən biri ilə çalışmaq şansını qaçırma 

 Bu iş Maaşlıdır

 İş yeri Xırdalanda yerləşir, ona görə də ora gəlmək problem olmayacaq biri olsun! 

Əlavə sual olarsa mənə inboxa yaza bilərsiniz! CV-nizi - "[email protected]" üvnanına göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 96
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 45
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 227
Məktəbəhazırlıq qrup...