Qrafik dizayner vakansiyası

“Rabitəbank” ASC Marketinq Departamentində Qrafik dizayner vəzifəsinə işə qəbul elan edir.

 

Təsvir

“Rabitəbank” ASC Marketinq Departamentində Qrafik dizayner vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

 

  • Bankın daxili brendinqi ilə bağlı qrafik dizaynları, habelə Bank tərəfindən təşkil olunan PR tədbirləri üçün zəruri çap və digital reklam materialların Bankın brendbukuna uyğun dizaynını hazırlamaq;
  • İnsan resursları ilə bağlı Dizayn konseptlərinin müxtəlif daşıyıcılar üzrə adaptasiyası;
  • Bankın daxili kommunikasiya layihələrinin hazırlanmasında iştirak etmək;
  • Yaradıcı düşünmə tərzinə malik olmaq və təsir edici konsepsiyalar təqdim etmək;
  • Rəqibləri qabaqlamaq üçün bazarda olan trendlərdən daim xəbərdar olmaq;
  • Yeni ideyaları analiz etmək və ən yaxşılarını komanda üzvlərinə ötürmək;
  • Layihələrin yüksək keyfiyyətlə və vaxtında tamamlanmasını təmin etmək və rəhbərliyi layihələrin mərhələlərindən xəbərdar saxlamaq;
  • Sosial media kanalları üçün qrafik postların hazırlanmasını təmin etmək. 

Tələblər

  • Ali təhsil;
  • Dizayn üzrə minimum 3 il iş təcrübəsi (3D və AI üzrə texniki bilik və bacarıqlara üstünlük veriləcək);
  • Azərbaycan və ingilis dillərində yüksək yazı və ünsiyyətqurma qabiliyyəti;
  • Mövcud dizayn alətləri və proqram təminatı ilə işləmək bacarığı;
  • Yaradıcılıq və innovasiya bacarığı;
  • Komandada işləmək bacarığı.

Son tarix

Oktyabr 9, 2024

Müraciət et



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az