
Struktur bölmə: E-imtahanlar və müsahibələrin təşkili departamenti
Struktur vahid: Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsi
Vəzifənin adı: baş məsləhətçi
Vəzifə maaşı: 2594
Qulluq funksiyaları:
- kliyent-server texnologiyalarından istifadə etməklə yaradılmış sistemlərlə Mərkəzin test zallarında müxtəlif növ imtahan və testlərin proqram təminatlarının hazırlanması və inkişaf etdirilməsi layihələrində iştirak və ya aparılması;
- Verilənlər bazası (MS SQL Server və ya mySQL) ilə işləmək bacarığı (verilənlər bazası dizaynı, SQL sorğuları, stored procedures, views, triggers və s.);
- SQL sorğularının, indekslərinin və verilənlər bazası strukturunun optimallaşdırılması;
- Məlumatların ehtiyat nüsxəsinin və bərpasının idarə edilməsi;
- DBMS-də istifadəçi hərəkətlərinin auditinə nəzarət edilməsi;
- Müxtəlif növ proqram təminatlarının və API-lərin dəstəklənməsi və inkişaf etdirilməsi;
- dövlət qulluğu üzrə əhaliyə göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi;
- test zallarında olan İKT avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edilməsi və dayanıqlı fəaliyyətin həyata keçirilməsi;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.)
Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
İş stajına dair tələbi: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı
Kompüter biliklərinə dair tələblər: proqram təmina¬tının tərtibi və istismarı (C#, C++, Python, Jscript, PowerShell dillərindən birini), məlumat bazalarının yaradılması, idarə edilməsi, aktuallaşdı¬rılması və istifadəsi (MS SQL Server, MySQL sistemlərindən birini)
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1
Xüsusi tələblər: Güclü analitik və problem həll etmə bacarıqları, yaradıcı düşüncə, kommunikasiya qurmaq bacarığı komandada və fərdi şəkildə işləmə bacarığı, multitasking, Git və digər mənbə idarəetmə sistemləri ilə işləmək təcrübəsi.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində baş məsləhətçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına 13 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Müraciət edənlər həmçinin daha detallı məlumat təqdim etmək üçün verilən hiperkeçiddə xüsusi qeydiyyat formasını da doldurmalıdırlar.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
_____________________________________________________________________________________________________________________________________________________________________________
Struktur bölmə: E-imtahanlar və müsahibələrin təşkili departamenti
Struktur vahid: Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsi
Vəzifənin adı: məsləhətçi
Vəzifə maaşı: 1997
Qulluq funksiyaları:
• kliyent-server texnologiyalarından istifadə etməklə yaradılmış sistemlərlə Mərkəzin test zallarında müxtəlif növ imtahan və testlərin proqram təminatlarının hazırlanması və inkişaf etdirilməsi layihələrində iştirak və ya aparılması;
• Verilənlər bazası dizaynı, SQL sorğuları, stored procedures, views, triggers və s.;
• HTML5, CSS3, JavaScript ilə işləmək bacarığı;
• MVC (Model-View-Controller) arxitekturasının tətbiq edilməsi və idarə olunması;
• Müxtəlif növ proqram təminatlarının və API-lərin dəstəklənməsi və inkişaf etdirilməsi;
• dövlət qulluğu üzrə əhaliyə göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi;
• test zallarında olan İKT avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edilməsi və dayanıqlı fəaliyyətin həyata keçirilməsi;
• Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.)
Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
İş stajına dair tələbi: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: proqram təmina¬tının tərtibi və istismarı (C#, C++,Python, Jscript, PowerShell dillərindən birini), məlumat bazalarının yaradılması, idarə edilməsi, aktuallaşdı¬rılması və istifadəsi (MS SQL Server, MySQL sistemlərindən birini)
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1
Xüsusi tələblər: Analitik və problem həll etmə bacarıqları, yaradıcı düşüncə, kommunikasiya bacarığı, komanda və fərdi şəkildə işləmə bacarığı, multitasking, Git və ya digər mənbə idarəetmə sistemləri ilə işləmək təcrübəsi.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində məsləhətçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına 13 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Müraciət edənlər həmçinin daha detallı məlumat təqdim etmək üçün verilən hiperkeçiddə xüsusi qeydiyyat formasını da doldurmalıdırlar.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
_____________________________________________________________________________________________________________________________________________________________________________
Struktur bölmə: Test bankı şöbəsi
Struktur vahid: Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektoru
Vəzifənin adı: Baş məsləhətçi (müddətli əmək müqaviləsi əsasında)
Qulluq funksiyaları:
- Test bankının avtomatlaşdırılmış idarə edilməsi üçün və sektorun qarşısına qoyulan məsələlərin həlli üçün tələb olunan proqram təminatının hazırlanması;
- Elektron imtahanların keçirilməsində istifadə olunan proqramın tətbiqi;
- Bank üzrə statistik göstəricilərin alınması və çatışmamazlıqların ekspertiza aparan bölməyə bildirilməsi;
- Sektora daxil olan imtahan materiallarının emalı və test bankına daxil edilməsi;
- İmtahan materiallarının test bankında avtomatlaşdırılmış redaktə olunması;
- Test bankının məxfiliyinin təmin edilməsi;
- Müxtəlif təyinatlı imtahanlar üzrə imtahan materiallarının gündəlik iş rejimində və qapalı şəraitdə (bunkerdə) hazırlanması;
- Görülən işlər barədə müntəzəm olaraq hesabatların hazırlanması;
- Lokal kompüter şəbəkələrinin qurulması və istismarı;
- Yeni qurğuların və proqram təminatlarının instalyasiya edilməsi və s.;
- Mərkəzin daxili nizam-intizam qaydalarına, həmçinin əmək və icra intizamına riayət edilməsi;
- DİM-in keçirdiyi imtahan və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).
Təhsilə dair tələblər: kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informatika müəllimliyi ixtisasları üzrə ali təhsil
İş stajına dair tələbi: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il
Kompüter biliklərinə dair tələblər: Microsoft Visual Studio, C#, PostgreSQL, MS Windows, MS Office, İnternet (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1, Rus dili – A2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektorunda baş məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 5 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Struktur bölmə: Test bankı şöbəsi
Struktur vahid: İmtahan materiallarının hazırlanması sektoru
Vəzifənin adı: Baş mütəxəssis
Qulluq funksiyaları:
- Sektora daxil olan imtahan materiallarının emalı və test bankına daxil edilməsi;
- İmtahan materiallarının test bankında avtomatlaşdırılmış redaktə olunması;
- Test bankının məxfiliyinin təmin edilməsi;
- Müxtəlif təyinatlı imtahanlar üzrə imtahan materiallarının gündəlik iş rejimində və qapalı şəraitdə (bunkerdə) hazırlanması;
- Test tapşırıqlarının qeydiyyatının aparılması;
- Test tapşırıqlarının ekspertizaya hazırlanması;
- Ekspertiza zallarında nəzarətin həyata keçirilməsi;
- Görülən işlər barədə müntəzəm olaraq hesabatların hazırlanması;
- Yeni qurğuların və proqram təminatlarının instalyasiya edilməsi və s.;
- Mərkəzin daxili nizam-intizam qaydalarına, həmçinin əmək və icra intizamına riayət edilməsi;
- DİM-in keçirdiyi imtahan və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).
Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
İş stajına dair tələbi: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – A2, Rus dili – A2
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “İmtahan materiallarının hazırlanması sektorunda baş mütəxəssis” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 5 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Struktur bölmə: Maliyyə departamenti
Struktur vahid: Maddi qiymətlilərin idarə olunması sektoru
Vəzifənin adı: Məsləhətçi
Qulluq funksiyaları:
- Aktivlərin və öhdəliklərin inventarizasiyanın aparılması və yararsız hala düşmüş, təmiri mümkün olmayan mallara komissiya ilə birlikdə baxış keçirilməsi, yararsız hala düşmüş maddi qiymətlilərin verilmiş rəylər əsasında qüsurlarının müvafiq aktlarla rəsmiləşdirilməsi;
- İnventarizasiya nəticəsində yararsız maddi qiymətlilərin struktur qurumlardan təhvil alınması və anbara toplanması, Nazirlər Kabinetinin 177 nömrəli 6 noyabr 2004 cü il tarixli qaydalarına əsasən müvafiq İcra hakimiyyəti orqanının nümayəndələrinin baxış keçirilməsinin təşkili;
- İnventarizasiya nəticəsində müəyyən edilmiş yararsız maddi qiymətlilər Nazirlər kabinetinin 177 nömrəli 6 noyabr 2004 cü il tarixli qaydalarına əsasən silinmiş vəsaitlərdən yararlı ehtiyyat hissələrinin müəyyən edilməsi və sənədləşdirilməsi, gələcək istifadə üçün yararlı olmayan hissələrin məhvinin təşkili və aktlaşdırılması;
- İllik satın alınacaq malların təqdimatlarının Mərkəzin struktur bölmələri və regional bölmələrindən müəyyən olunmuş vaxtlarda tələb etmək və alınacaq malların satınalınma üzrə qruplaşdırmasını təmin etmək;
- Daxil olan avadanlıq, dəftərxana, katric, təsərrüfat malları, tibbi ləvazimatların və digər malların müqavilə üzrə fiziki yoxlanıb təhvil alınması, qaimə üzrə uçotu və təqdimatlara uyğun olaraq paylanması işlərini icra etmək;
- Anbarlarda olan malların növlərinə görə çeşidlənməsi və anbar saxlanc qaydalarına uyğun olaraq səliqə ilə yığılmasına nəzarət edilməsi;
- Anbarda olan qiymətlilərin qalıq cədvəli ilə yoxlanılması, hesabatının hazırlanması;
- Anbarda olan mal-materialın təhlükəsizliyinin, anbardan buraxılan və anbara daxil olan mal-materialın mədaxil-məxaric sənədləri üzrə qeydiyyatının təmin edilməsi;
- Təqdimat əsasında qiymətlilərin anbardan istismara verilməsi və ya daxili yerdəyişməsi üçün tələbnamələrin hazırlanması;
- Struktur qurumlarında mütəmadi qiymətlilərin və mal-materialların sayımının aparılması, əskikgəlmə barədə aktın tərtib edilməsi;
- Görülən işlər barədə iş gününün əvvəlində və sonunda stok təftişinin edilməsi, məlumatların sektor müdirinə bildirilməsi;
- Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak edir və məxfilik rejiminə riayət edir;
- Fəaliyyət istiqamətləri üzrə Mərkəzin struktur və Regional bölmələrindən daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq cavablandırılmasını təmin edir;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).
Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisas qrupları üzrə ali təhsil
İş stajına dair tələbi: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – A2, Rus dili – A2
Xüsusi tələblər: 1C mühasibatlıq proqramından istifadə bacarığı
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Maddi qiymətlilərin idarə olunması sektorunda məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 3 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
_____________________________________________________________________________________________________________________________________________________________________________
Struktur bölmə: İnformasiyalaşdırma və texnoloji təminat departamenti
Struktur vahid: İmtahanın texnoloji təminatı sektoru
Vəzifənin adı: baş məsləhətçi
Qulluq funksiyaları:
- test üsulu ilə tələbə qəbulu və digər kateqoriyalı iddiaçılar üçün imtahanların təşkili və keçirilməsini təmin edən kompüter sisteminin proqram vasitələrinin tərtib etmək və istismar təlimatlarını hazırlamaq;
- kompüter sisteminin proqram vasitələrinin sınaqdan keçirmək və aşkar edilmiş nöqsanların aradan qaldırılmaq;
- kompüter sisteminin altsistemlərinin istismarında iştirak etmək və informasiya bazalarının arxivləşdirilməsini həyata keçirmək;
- səlahiyyətləri çərçivəsində daxil olan ərizə, təklif və şikayətlərin araşdırılmasını və cavablandırılmasını təmin etmək;
- zəruri hallarda Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- rəhbərlik, departament, şöbə və sektor müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələbi: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı
Kompüter biliklərinə dair tələblər: proqram təminatının tərtibi və istismarı (MS Visual Studio, Visual Studio Code, digər proqrammlaşdırma mühitləri, müasir proqramlaşdırma dilləri), məlumat bazalarının yaradılması, aktuallaşdırılması və istifadəsi (MS SQL Server, MySQL, PostgreSql)
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2, Rus dili – B2
Xüsusi tələblər: ChatGPT, GitHub Copilot kimi süni intellekt alalətləri ilə işləmək bacarığı
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “İmtahanın texnoloji təminatı sektorunda baş məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 3 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur