Qəbələ Qafqaz Tufandag və Riverside otellərində vakant olan vəzifələr haqqında qısa məlumatları sizlərlə bölüşmək istəyirik. Qəbələdə yaşayan və burada yaşama imkanı (məkanı) olan şəxslərin müraciətlərinə üstünlük veriləcək. İş yerləri daimi əsaslıdır.
Qafqaz Riverside Resort Hotel:
1. SPA və Fitnes şöbəsində qeydiyyatçı (receptionist) 2 yer . Əsas tələblər: İngili dili biliyi mütləq, gülərüz, ünsiyyətcil, dürüst və qonaqpərvər. Komüterdən orta səviyyədə istifadə bacarığı (Microsoft Office). Sənəd və pul nominalları ilə işləmə bacarığı.
2. Spa və Fitnes şöbəsində Kisəçi 1 yer. Əsas tələb: Hamam və kisə xidmətləri sahəsində iş təcrübəsinin olması.
3. SPA və Fitnes şöbəsinin əməkdaşı (Təmizlikçi) 1 yer. Əsas tələblər: Fiziki iş görməyə həvəsli olmaq. Təmizlik və səliqəliliyi sevmək. Dəqiq, dürüst və verilən tapşırıqları vaxtında yerinə yetirmə və kimyəvi təmizlik vasitələri ilə işləmə bacarığı.
4. Nəzarət və Buraxılış Xidməti əməkdaşı (security) 4 yer. Əsas tələblər: Hərbi ximdəti keçməli, boyu 170 sm və daha yuxarı. Düzgün qamətli və fiziki cəhətdən sağlam, 30 yaşınadək gənclər. Komüterdən orta səviyyədə istifadə bacarığı (Microsoft Office) arzuolunandır.
5. Anbardar 1 yer. Əsas tələblər: Kompyuter biliyi (Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı). Sənədlərlə (qaimə-faktura, və digər təhvil təslim sənədləri) işləməyi bacarmalı. Mal-materialların qəbulu saxlanma və tələb keçən şöblərə transferi qaydaları haqqında məlumatlı olmaq. Sənədlərlə işlərdə səliqləli və dürüst olmalı. Maliyyə, iqtisadiyyat istiqaməti üzrə ali təhsil. İş təcrübəsinin olması arzuolunandır.
Qafqaz Tufandag Hotel:
1. Camaşırxana əməkdaşı (bəy)1 yer. Əsas tələb: Hazırlanma materialına görə parça/tekstil materiallarını fərqləndirməyi bacarmalı. Parça/tekstil materillarına görə tələb olunan təmizləmə metodunu və üsullarını bilməklə təmizləməni düzgün şəkildə icra etmək.
2. Qazanxana maşinisti (Texnik) 1 yer. Əsas tələblər: Bu sahədə təhsili və müvafiq sertifikatının olması mütləqdir. Qaz təhlükəsizliyi və ümumi texniki təhlükəsizlik qaydaları haqqında biliklərin olması. Qazanxanalar və istilik sistemləri, qapalı və açıq su dövriyyəsi sistemləri, yüksək təzyiqli və təzyiq yaradan qurğular barədə nəzəri və praktiki biliklərin olması. İş təcrübəsi arzuolunandır.
3. Təmir üzrə texnik 1 yer. Əsas tələblər: Ümumi təmir işləri (hörgü, suvaq, tavan və ya arakəsmə alçiban işi, boyama, kafel və ya metlaq vurma və s.) bacarığı. Ümumi texniki təhlükəsizlik qaydaları haqqında biliklərin olması.
4. Nəzarət və Buraxılış Xidməti əməkdaşı (security) 1 yer. Əsas tələblər: Hərbi xidməti keçməli, boyu 170 sm və daha yuxarı. Düzgün qamətli və fiziki cəhətdən sağlam, 30 yaşınadək gənclər.
Maraqlananalar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa qeyd edilən müəssisələrin İnsan Resursları şöbəsinə müraciət edə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur