Bazar ertəsi, 21 İyul, 2025

Elm və Təhsil Nazirliyi və Təhsil TV-də tələbələr üçün təcrübə proqramı


  • Dərc edildi: 14 Dekabr, 2022 - 17:06
Elm və Təhsil Nazirliyi və Təhsil TV-də tələbələr üçün təcrübə proqramı

Elm və Təhsil Nazirliyi və Təhsil TV-də tələbələr üçün təcrübə proqramı

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru və Təhsil TV tələbələri təcrübə proqramına dəvət edir. Seçilmiş iştirakçılar 4-6 ay müddətində sektorun və televiziyanın gördüyü işlərlə tanış olacaq, müvafiq tapşırıqları icra edəcəklər. Müraciət sorğusuna keçid aşağıda verilib.
 
Kimlər müraciət edə bilər?
- Bakı və ətrafında yerləşən ali təhsil müəssisələrinin (universitet, akademiya və s.) tələbələri;
- İngilis dili bilikləri B1-B2 (intermediate, upper-intermediate) səviyyəsində olanlar;
- İctimaiyyətlə əlaqələr, marketinq, sosial media, videoçarxların hazırlanması ilə maraqlananlar;  
- Həftədə 10-15 saat onlayn və oflayn işləmək istəyənlər;
- Şənbə günləri 2 saatlıq təlimlərə qoşulmaq imkanı olanlar.

Təcrübə proqramından nə əldə edəcəksiniz?
- 4-6 ay müddətində ETN-nin İctimaiyyətlə əlaqələr sektorunda və Təhsil TV-də peşəkar təcrübə keçmək imkanı;
- İctimaiyyətlə əlaqələr, yaradıcılıq, marketinq və layihələrin idarə olunması üzrə 2 aylıq təlim (cəmi 8 dəfə);
- Elm və təhsil sahəsində ictimaiyyətlə əlaqələr, SMM ilə bağlı ideyalarınızı təkmilləşdirmək və həyata keçirmək imkanı.

Proqramın sonunda minimum tələbləri ödəyən iştirakçılara sertifikat təqdim olunacaq. 

Müraciət üçün son tarix: 31.12.2022

Müraciət sorğusu: https://lnkd.in/eqvkWTJy

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3827
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2206
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...