reklam

SOCAR “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində təqaüd proqramı elan edir

SOCAR  “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində  təqaüd proqramı elan edir

 

SOCAR “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Zonguldak Bülent Ecevit Universitetinin (ZBEU) nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə "Offshore Subsea Operations Technology" (Dənizdə sudibi əməliyyatların texnologiyası) və "Offshore Drilling Technology" (Dənizdə qazma texnologiyası) ixtisasları üzrə təqaüd proqramına müraciət qəbulunun son tarixi 31 iyul 2024-cü il tarixinədək uzadıldı. 

2 illik peşə təhsili müddətində qəbul olmuş şəxsin təhsil haqqı və aylıq 350 AZN məbləğində təqaüd SOCAR tərəfindən ödəniləcək. Əlavə olaraq, təhsil ili ərzində 2 dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətdə təyyarə bileti təmin olunacaq. 

Təqaüd proqramına kimlər müraciət edə bilər? 
Proqrama müraciət etmək üçün namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:
• Azərbaycan Respublikası vətəndaşı olmalı;
• Tam orta təhsilli olmalı;
• Xarici dil bilikləri olmalıdır. (türk dili C-1 və ingilis dili B-1 səviyyələri) 
*İmtahan nəticələrinə əsasən ehtiyac yaranarsa İngilis dili ilə bağlı nəticələri tələblərə cavab verməyən müraciətçilər peşə məktəbində əlavə olaraq 1 illik hazırlıq müddətinə cəlb oluna bilərlər. Bu müddət ərzində də xərclər SOCAR tərəfindən qarşılanacaqdır.
Seçim prosesi hansı mərhələlərdən ibarətdir? 
Müsabiqə mərhələli olaraq keçiriləcəkdir: 
✓ Proqrama müraciət mərhələsi (Zonguldak Bülent Ecevit Universitetinin müvafiq sistemi vasitəsilə)
✓ Dil biliyinin yoxlanması mərhələsi:
• İngilis və türk dili biliyinin yoxlanması imtahanı (İmtahanlar Zonguldak Bülent Ecevit Universitetinin əməkdaşları tərəfindən Bakıda təşkil ediləcəkdir.)
✓ Proqrama seçim və qəbul mərhələsi. (Seçim Zonguldak Bülent Ecevit Universitetinin tərəfindən aparılacaqdır)
Necə müraciət etmək olar? 
Peşə məktəbi və ixtisaslarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

"Offshore Drilling Technology" ixtisası üzrə ətraflı məlumat 

https://cmyo.beun.edu.tr/madencilik-ve-maden-cikarma-bolumu/acik-deniz-sondaj-teknolojisi-programi.html 

"Offshore Subsea Operations Technology" ixtisası üzrə ətraflı məlumat

https://cmyo.beun.edu.tr/madencilik-ve-maden-cikarma-bolumu/acik-deniz-tabani-uygulamalari-teknolojisi-programi.html

Müraciət etmək üçün linkə buradan keçid edə bilərsiniz. 
🔗https://iso.beun.edu.tr/duyurular/zonguldak-bulent-ecevit-universitesi-ve-azerbaycan-cumhuriyeti-devlet-petrol-sirketi-socar-arasinda-06.06.2024-tarihinde-imzalanan-protokol-geregince-azerbaycanli-ogrenci-basvurusu.html

*SOCAR Proqramın sonunda məzunların işə qəbulu ilə əlaqəli öhdəlik daşımır. 
- Müraciət zamanı yaranan texniki problemlər və digər dəqiqləşdirmələr ilə bağlı suallar
[email protected] emailinə ünvanlana bilər.
- Proqramla bağlı əlavə suallarınızı ünvanlamaq üçün:
Əlaqə nömrəsi: +994508410532, +994508410711
E-mail: [email protected]


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az