reklam

Su çirklənməsi və nəticələri

 

Suyun çirklənməsi bizim üzləşdiyimiz əsas ekoloji problemlərdən biridir.Çünki Yer səthinin 70%-dən çoxu su ilə örtülüdür.Bu çirklənmə su ehtiyatlarında zərərli maddələrin,mikroorqanizmlərin olması deməkdir.Suyun iki növ çirklənməsi var:

1)Suda mövcud olan mikroorqanizmlərin -bakteriya və virusların,heyvan və bitki tullantıları nəticəsində əmələ gələn üzvi çirklənmə

2)Sənayedə istifadə olunan pestisidlərin,insan və heyvan dərmanlarının,məişət məhsullarının,nitrat və fosfatları ilə əmələ gələn kimyəvi çirklənmə 

Su çirklənməsinin səbəbləri nələrdir? 

Çirklənmənin nə olduğunu soruşduqda əhalinin çoxu plastik butulkalar və çılpaq gözlə görünən əşyaları nümunə göstərir.Bunlar təbii ki,əsas problemlərdir.Lakin gəlin,birlikdə gözlə görülə bilməyən digər çirkləndiricilərə baxaq.

Təbii mənbələr- Suyun çirklənməsinin bəzi səbələrindən biri neftin yeraltı mənbələrdən okeanlara və göllərə sızmasıdır.Bu yerlərə neft sızıntıları deyilir.Dünyanın ən böyük neft sızması ABŞ-ın Kaliforniya ştatının sahillərində yerləşən Coal Oil Point Seep -dir.Bura o qədər çox yağ buraxılır ki,yapışqan çirklənmə parçalarını yaxınlıqdakı çimərliklərdə görmək mümkün olur.

Kanalizasiya tullantıları-Dünyanın bir çox şəhərlərində kanalizasiya qurğuları zəifdir.Hindistanın paytaxtı Dehlidə 21 milyondan çox insan yaşayir.və Şəhərdə yerləşən kanalizasiya tullantılarının yarısından çoxu Yamuna çayına axıdılır.Bu çirklənmə çayın içməli və ya gigiyena üçün su mənbəyi istifadəsini təhlükəli edir.Bu, çayın balıqçılıq imkanlarını azaldır,nəticədə yerli əhali üçün daha az məhsul olur.

Gübrələr-Çirklənmənin əsas mənbəyi kənd təsərrüfatında istifadə olunan gübrələrdir.Gübrə bitkilərin daha sürətli inkişafı üçün torpağa əlavə edilən maddələrdir.Yağış suları gübrələri çaylara və göllərə yuyur.və orada zərərli yosun çiçəklərinin əmələ gəlməsinə səbəb olur. 

Sadə tullantılar-Bu cür çirklənmələr daha çox görülür.Məsələn,İndoneziyadakı Citarum çayında o qədər zibil üzür ki,suyu görmək mümkün olmur.Balıq və tısbağa kimi su heyvanları buradakı tullantılarla qidalanır.və bu da çox vaxt onların ölümü ilə nəticələnir.Çirklənmiş çayda tutulan balıqların ətində çox vaxt yüksək miqdarda kimyəvi toksinlər olur.

Çirklənmənin insan orqanizminə təsiri nədir?

Çirklənmiş su orqanizmdə tif və vəba kimi xəstəliklərin yaranmasina səbəb olur.Dünyada hər il 26 milyon insan tif xəstəliyinə tutulur.Xəstəliyin əsas əlamətləri yüksək hərarət,qarın ağrısı,ishal və yorğunluqdur. Tifdən qorunmaq üçün içdiyiniz suyun təmizliyindən əmin olmaq lazımdır.

Su çirklənməsinin qarşısının alınma yolları

1)Çirkab suları təmizləmək üçün məişət və kanalizasiya tullantıları kimi suyu süzə bilən sənaye obyektləri yaratmaq lazımdır.

2)Kənd təsərrüfatında  istifadə olunan pestisidlərin istifadəsinin azaldılması

3)Kimyəvi tullantılar ayrılıqda saxlanmalıdır.Bunun üçün fabriklər və sənaye şirkətləri filtrasiya üsullarını və kimyəvi tullantıların saxlanması sistemlərini inkişaf etdirməlidirlər.

4)Təbiətdə yox olmayan və varlığını davam etdirən məhsullar arasında plastik də var.Ona görə də plastik tullantıları sudan uzaq tutmaqla çirklənmənin qarşısını almaq olar.Bu tullantılar ayrıca saxlanıla və təkrar emal üçün emal müəssiələrinə verilə bilər.Mümkün qədər plastik məhsulların istifadəsindən qaçınmaq lazımdır.Avstriya və İsveçrəən yüksək təkrar emal göstericilərinə sahibdir.Bu ölkələr tullantılarının 50-60 faizini təkrar emal edirlər.

5)Evlərdə suyun qənaətlə istifadə edilməsi

6)Avtobillər və ya digər açıq hava avadanlıqlarını su axarı olan ərazilər yerinə çınqıl yaxud otlu sahəyə axacaq yerlərdə yuyulması.      Unutmayaq! Su həyatın mövcudluğu üçün çox vacibdir.Çünki təmiz və şirin su ehtiyatlarının tükənməsi ekoloji fəlakətdir.Qoruyaq ki,tükənməsin və gələcəyimiz sağlam olsun.

   

İstifadə olunmuş mənbələr 

 National Geographic Society

Water Pollution Control (simsbury -ct.gov)

 

Həqiqət Muradova


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az