Biznesə dəstək üzrə mütəxəssis
Vəzifə: Biznesə dəstək üzrə mütəxəssis
Qısa xülasə: Dilerlik və paylayıcı struktur ilə bütün biznes proseslərinin idarə edilməsi və onların aidiyyatı şöbələr ilə əlaqələndirilməsinin təmin olunması. CRM (Müştəri ilə Münasibətlərin İdarə olunması) məlumatlarının hazırlanması və idarə edilməsi. Dilerlik ilə əlaqədar müqavilə proseslərinin monitorinqi və hesabatının hazırlanması. Hazırki yüksək idarəçilik ilə əlaqədar bütün hesabatın hazırlanması.
Hesabat verir: Biznesə dəstək üzrə supervayzerə
Əsas məsuliyyətlər:
- Pərakəndə satış üzrə təkliflərin siyahıya alınması və onların aidiyyatı şöbələrə yönləndirilməsi
- Əməkdaşlıq şəbəkəsinə əsasən xarici kommunikasiya kanallarının təmin edilməsi
- Pərakəndə satıcı üzrə CRM məlumatlarının hazırlanması və məlumatların yenilənməsi
- Pərakəndə satıcının depozit, zərər hesabları və sairin izlənilməsi və buna dair hesabatın verilməsi.
- Satış komandasının məsul olduğu biznes proseslərinə dəstək verilməsi
- Satış komandasının daxili kommunikasiya kanallarında ötürücü / nəzarət rolunu oynamaq
- Dilerlik məsələləri ilə əlaqədar müqavilə proseslərinin monitorinqi və buna dair hesabatlılıq
- Yüksək idarəçilik tərəfindən sahəyə tətbiq olunacaq qərarların dəstəklənməsi
- Sahə və digər şöbələr arasında əlaqələndirmə
- Sahə komandasına proseslər və ünvan dəyişikliyi kimi müraciətlərin çatdırılması
- Hesabatlılıq və təhlil məsələləri üzrə şöbələr arasında əməyin əlaqələndirilməsinin təmin olunması
- Kənardan cəlb edilmiş xidmətlərdə satış şöbəsinin ehtiyaclarının müəyyənləşdirilməsinə dəstək verilməsi
- Satın alma nöqtəsi (POP) və oyun materialları və iş fəaliyyətlərinə dəstək verilməsi kimi diler ehtiyaclarının nəzarətdə saxlanılması
- Qanunvericilik və nizamnamə kimi məsələlərdə satış komandasının istiqamətləndirilməsi
- Dilerlər üçün proqram və kompüterin fiziki təchizatının inkişaf etdirilməsi / yaxşılaşdırılması arasında əlaqələndirmə
- Məsuliyyət çərçivəsində iş axınlarının cədvəlinin yaradılması və prosesin nəzarətdə saxlanılması
- Lazım olduqda sahə və pərakəndə satıcılara səfərlərin edilməsi
Tələblər:
- Azərbaycan, ingilis və rus dilləri biliyi, həm şifahi, həm də yazılı olmaqla, yaxşı səviyyədə olmalı
- CRM, Satış və Marketinqə dair ümumi monitorinq və hesabatlılıq alətləri üzrə bilik və təcrübə
- Arxivin idarə edilməsi, sənədləşdirmə və hesabatlılıq üzrə yüksək səviyyəli bacarıq
- MS Ofis proqramlarını yüksək səviyyədə bilməli
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində "Biznesə dəstək üzrə mütəxəssis" yazmaqla [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur