Mühasibatlıq üzrə Baş mütəxəssis
Vəzifənin adı: Mühasibatlıq üzrə Baş mütəxəssis
Vəzifənin məqsədi: Şirkətin prosedurlarına müvafiq olaraq mədaxil və məxaric fakturalarının mühasibatlıq sənədlərinə qeydə alınması və yoxlanılması, habelə əlaqəli əməliyyatların yerinə yetirilməsi. Bank əməliyyatlarının SAP sistemlərində qeydə alınması və yoxlanılması. İlkin sığorta prosesinə (təchizat, yoxlama, qeydiyyat, nəzarət) görə cavabdehlik. Mühasibatlıq strukturları (uçot və hesabatvermə) və əlaqəli sistemlərin SAP sistemləri və elektron formalar kimi güclü mühasibatlıq strukturları çərçivəsində yaradılmasının təmin və inkişaf etdirilməsi. Hesabat dövrünün keyfiyyətlə bağlanılmasını təmin etmək. Digər departament və şöbələrə maliyyə məsələlərində yardım etmək. Şirkətin aktivlərinin yoxlanılması və qeydiyyata alınması, habelə amortizasiya hesabının hazırlanması. Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem deyişilirsə yeni sistemdə) agentlərin maliyyə durumuna nəzarət etmək.
Hesabat verir: Baş mühasibə
Əsas vəzifə öhdəlikləri:
- Baş mühasibə texniki dəstək göstərmək;
- Mühasibat uçotu sistemləri və prosedurlarına nəzarət etmək;
- Maliyyə standartlarının müəyyən edilməsində və proqnozlaşdırma prosesində iştirak etmək;
- Ay sonu və ilin sonunda bağlanma prosesini icra etmək və iştirak etmək;
- Kreditor və debitor borclarını yoxlamaq, bölüşdürmək, yerləşdirmək və üzləşdirmək;
- Mühasibatlıq məlumatlarının təhlilini və analizini yerinə yetirmək;
- Səhvləri aşkar etmək və düzəlişlər etmək;
- Maddi inventarları hesablamaq, SAP ilə qarşılaşdırmaq və lazımi aktları/sənədləri tərtib etmək;
- Şirkətin prosedurlarına müvafiq olaraq fakturaları mühasibatlıq sənədlərinə daxil etmək;
- Mədaxil hesablamaları ilə bağlı mühasibatlıq işi və yığımlara dair qeydləri hazırlamaq;
- Şirkətin aktivləri ilə bağlı mühasibatlıq qeydlərini daxil etmək;
- Əsas vəsaitlər və qeyri-maddi aktivlərin hesablamalarına dair sənədləri hazırlamaq və SAP-də icra etmək;
- Satıcı şirkətlər və işçilər üçün ödəniş (maaş) cədvəllərini hazırlamaq;
- Mühasibatlıq əməliyyatları, kapitalın hərəkəti ilə bağlı işləri yerinə yetirmək;
- Ümumi xərcləri təyinat üzrə ayırmaq;
- Bütün əməliyyatları şirkətin siyasətinə müvafiq olaraq yerinə yetirmək;
- Mühasibatlıq sistemlərinin inkişafını təmin etmək (SAP və jurnal üzrə formalar);
- SAP proqramında mühasibatlıq hesabatlarını hazırlamaq;
- İşçilərin xərclərini qeydiyyata almaq və yoxlamaq;
- Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem dəyişilirsə yeni sistemdə) agentlərin maliyyə durumuna nəzarət etmək;
- Bütün sənədləri mühasibatlıq və yerli qanunvericiliyə görə hazırlayıb arxivləşdirmək;
- Digər mühasibatlıq işlərinin icra etmək.
Əsas tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
- Maliyyə və ya Mühasibat sahəsində ən azı 5 il iş təcrübəsi
- ACCA / CIMA
- IFRS
- SAP programını bilən namizədlərə üstünlük veriləcəkdir
- Maliyyə Hesabatları və izahedici qeydlərlə işləmə bacarığı
- MS Ofis proqramlarında (Word, Excel) əla səviyyədə işləmə qabiliyyəti;
- Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
Maraqlanan şəxslərin CV-lərini “Mühasibatlıq üzrə Baş mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərməyi xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur