Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi “Layihə menecer”i vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
· Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;
· Layihə tələblərinin müəyyən edilməsi, razılaşdırılması və layihənin başladılması;
· Sifarişçi ilə periodik görüşlərin keçirilməsi;
· Layihə büdcəsinin qiymətləndirilməsi və hazırlanması;
· Layihənin hər mərhələsində layihə qrupuna rəhbərlik etmək;
· Layihə planlarının hazırlanması, idarə edilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət;
· İcrada olan layihələr üzrə hesabatlılığın təmin edilməsi;
· Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;
· Layihə komandasının qiymətləndirilməsi;
· İnformasiya sistemlərinin funksional test və təlim sənədlərini qaydalara uyğun tərtib etmək;
· İnformasiya sistemlərinin funksional testini (front-end və back-end) təşkil etmək;
Tələblər:
· Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
· İş təcrübəsi: Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
· Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikat (PMP, İPMA və s);
· Waterfall və Agile kimi layihə idarəetmə yanaşmalarını yaxşı başa düşmək;
· Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki) | Rus dili arzuolunandır;
· Komputer bilikləri; Microsoft Office proqramları;
· Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
· Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Sizə nə təklif edirik?
· Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
· Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
· Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Layihə menecer”i şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.