Çərşənbə, 20 Avqust, 2025

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 7 Aprel, 2025 - 22:56
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyası

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyası

 

Vəzifə öhdəlikləri 


-    Təhlükəsizlik insidentlərini araşdırmaq, səbəblərini təhlil etmək və onların təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək.
-     SIEM və digər təhlükəsizlik monitorinq sistemlərindən istifadə edərək şəbəkə və sistemlərdə baş verən anomaliyaları aşkar etmək və analiz etmək.
-     Malware, phishing və digər kiberhücum cəhdlərini dərin təhlil edərək müvafiq cavab tədbirləri görmək.
-    Təhlükəsizlik siyasətləri və prosedurlarının effektivliyini yoxlamaq, risklərin azaldılması üçün təkliflər vermək.
-    Şəbəkə trafiki, loglar və insident məlumatları əsasında təhlükə indikatorlarını (IoC) təyin etmək və araşdırmaq.
-    Xəbərdarlıqları təsnifləndirmək, eskalasiya prosesini icra etmək və aidiyyəti komandalarla koordinasiya qurmaq.
-    Təhlükəsizlik insidentləri ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
   Tələb edilən bilik, bacarıq və təcrübə
-    İnformasiya texnologiyaları, kiber təhlükəsizlik və ya müvafiq sahədə ali təhsil.
-     İnformasiya təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi.
-     SIEM, IDS/IPS, EDR/XDR, Firewall və digər təhlükəsizlik sistemləri ilə işləmək bacarığı.
-    Windows, Linux əməliyyat sistemləri və şəbəkə təhlükəsizliyi üzrə dərin biliklər.
-    Log analizləri aparmaq və insidentlərə cavab vermək üzrə praktiki təcrübə.
-    Şəbəkə protokolları və hücum vektorları haqqında geniş anlayış.
-    Təhlükə kəşfiyyatı (Threat Intelligence) üzrə biliklər üstünlükdür.
-    Analitik düşünmə, problemləri araşdırma və komandada işləmə bacarığı

        İş şəraiti:
-    5 günlük iş qrafiki

Əmək haqqı namizədə görə müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 20.04.2025-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.  

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6901
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1724
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 685
“İnnovativ məktəb” l...