Bazar ertəsi, 18 Avqust, 2025

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan olunur.


  • Dərc edildi: 12 Fevral, 2025 - 14:19
Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan olunur.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resursları departamentinə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan olunur.

 

Tələblər:      

• Ali təhsil;

• Azərbaycan Respublikasının Əmək Məcəlləsini və digər aidiyyəti normativ hüquqi aktları bilmək;

• İnsan resursları sahəsində təcrübə (arzuolunandır) ;

• Microsoft Ofis proqramlarını bilmək;

• Xarici dil - ingilis və rus dili (üstünlük verilir);

• Kadr inzibatçılığı və sənədləşdirmə proseslərində təcrübə;

• Təhlik etmək və hesabat hazırlamaq bacarığı;

• Güclü kommunikasiya və komandada işləmək bacarığı;

• Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq bacarığı.

 Vəzifə öhdəlikləri:

· Universitet əməkdaşlarının nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək;

· İşçilərin iş saatlarına, məzuniyyətlərinə və digər kadr proseslərinə dair məlumatların dəqiqliyini yoxlamaq;

· Əmək münasibətlərinin düzgün icra olunmasına və əmək qanunvericiliyinin tələblərinə uyğunluğa nəzarət etmək;

· Kadr inzibatçılığına dair prosedurların optimallaşdırılması və səmərəliliyinin artırılması üçün təkliflər vermək;

· İnsan resursları ilə bağlı daxili auditlərin aparılmasında iştirak etmək və hesabat hazırlamaq;

· Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və departamentin müvafiq uyğunlaşmasını təmin etmək;

· Əmək intizamının qorunmasına və iş mühitində etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək;

· Rəhbərlik tərəfindən verilən digər nəzarət və audit tapşırıqlarını icra etmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 01.03.2025

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6752
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1629
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 643
“İnnovativ məktəb” l...