Mağaza Müdiri vakansiyası

Vakansiya: Mağaza Müdiri



İş yeri: A Plus Supermarketlər şəbəkəsi

A Plus Supermarketlər şəbəkəsi Mağaza Müdiri vakansiyası üçün namizədlər axtarır. Əgər siz idarəetmə sahəsində təcrübəli, məsuliyyətli və nəticəyönümlüsünüzsə, bizim komandaya qoşulmaq üçün müraciət edə bilərsiniz.

İşçiyə qoyulan tələblər:

-Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı.
-İşgüzar davranış və etika qaydalarına riayət etmə.
-Mağaza idarəçiliyi sahəsində minimum 3 il təcrübə.
-Yaş həddi: 27-50 yaş.
-Problemlərin həllində təşəbbüskar və qərar vermə bacarığı.

Vəzifə öhdəlikləri:

-Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə edərək optimal qərarlar qəbul etmək.
-Satış hədəflərinə çatmaq üçün xərclərin, stokun və sifarişlərin optimallaşdırılmasını təmin etmək.
-Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq.
-Rəqiblərin məhsul və qiymət siyasəti haqqında məlumat toplayıb, rəhbərliyə müvafiq təkliflər təqdim etmək.
-Tabeçiliyində olan əməkdaşların müraciət, təklif və şikayətlərini dinləyərək həll etmək və ya rəhbərliyə yazılı şəkildə çatdırmaq.
-Müştərilərlə nəzakətli davranışı və onların məhsullar haqqında məlumatlandırılmasını təmin etmək.
-Mağazanın və anbarın təmizliyini, vitrinlərin səliqəli vəziyyətini və məhsulların yoxlanışını təmin etmək (adlar, qiymətlər, son istifadə tarixi və s.).
-Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə olmasına nəzarət etmək.
-Qaytarma malların vaxtında firmalara təhvil verilməsini təmin etmək.
-Mağazanın inventarizasiyalarında iştirak etmək və təhkim olunan inventarlara cavabdeh olmaq.
-Sənədlərin yığılması, qorunması və mərkəzə vaxtında çatdırılmasını təmin etmək.
-İş vaxtı korporativ geyimdə olmaq, şəxsi gigiyenaya diqqət yetirmək və yaxa kartını üzərində saxlamaq.

İş şərtləri:

-Stabil iş mühiti.
-İcbari sığorta ilə təminat.
-Əmək haqqı: 2000-2500 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq).
-Nahar şirkət tərəfindən təmin olunur.
- İş qrafiki: 6 günlük (Bazar günü istirahət)
- İş Saatı: 08:00-17:00

Tələblərə cavab verən namizədlər öz CV-lərini “ Mağaza müdiri ” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az