- Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
· Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının satışı məqsədilə zənglər edir;
· Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının məsafədən rəsmiləşdirməsini edir;
· Bankın bazasında olan müştərilərə kredit və qeyri-kredit məhsullarından istifadə qaydalarını izah edir;
· Banka internet resursları, sosial şəbəkə, sms və ya hər hansı digər vasitə ilə daxil olan müştəri müraciətlərini qəbul edərək əlaqəni təmin edir və onları məlumatlandırır;
· Zəng etmiş və bank məhsullarından yararlanmaq niyyətini bildirmiş, lakin filiala müraciət etməmiş müştərilərlə yenidən əlaqə yaradır və təkrar görüş təyin edir və s.
- Təcrübəyə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- Bizimlə işləməyin üstünlükləri
Son müraciət tarixi : 18 May 2024
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb