Tibb bacısı vakansiyası

Vəzifə: Tibb bacısı

İş yeri: Bakı şəhəri (Xəzər, Xətai və Binəqədi rayonları) 
İş təcrübəsi: Minimum 2 il
Təhsil: Minimum orta ixtisas və ya peşə təhsili
İxtisası: Səhiyyə ixtisas qrupu / Tibb bacısı, müalicə işi, tibbi profilaktika
Yaş həddi: 23 - 45 yaş 
Vəzifə öhdəlikləri:
-Mərkəzə yeni qəbul olunmuş əlilliyi olan şəxsləri müayinə planına əsasən həkimlərin yoxlanışından keçirmək və nəticəni fizioterapevtə təqdim etmək;
-Zərurət yarandıqda əlilliyi olan şəxsə həkiməqədər tibbi yardım göstərmək;
-Sanitariya maarifləndirmə işini aparmaq;
-Həkim təyinatlarının düzgün yerinə yetirilməsini və dərman maddələrinin məqsədli işlədilməsinə riayət etmək;
- Əlilliyi olan şəxslərin hər gün arterial təziqini ölçmək və qeyd etmək;
-Fəaliyyət istiqamətinə uyğun olaraq rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək;
-Parafin aparatının iş rejiminə, aparata yerləşdirilən dərmanın vəziyyətinə nəzarət etmək;
-Həkimin təyinatı ilə tam şəkildə ərinmiş və tam sterilizasiya olunmuş dərmanla əlilliyi olan şəxslərə prosedur etmək;
-Təyin olunan duşlar və müalicəvi vannaların düzgün və qüsursuz qəbul edilməsinə nəzarət etmək;
-Fizioterapiya həkimləri tərəfindən verilən təyinatları yerinə yetirmək;
-Fizioterapiya şöbəsində işlədilən cihazların işlək vəziyyətdə olmasına nəzarət etmək;
-Əlilliyi olan şəxslərə müalicə-profilaktika müəssisələrində masaj üzrə tibbi qulluq göstərmək;
-Həkim təyinatlarının düzgün yerinə yetirilməsini təmin etmək;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.
-Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
-Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: 800-1000 AZN.
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: 6 günlük – 09:00–16:00
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir. 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az