"ND Company" QSC katib-referent vakansiyası elanını nəzərinizə çatdırır.
Yerinə yetirəcəyi işlər
1. Rəhbərin inzibati idarəetmə fəaliyyəti istiqamətində texniki və təşkilatı dəstək göstərilməsini həyata keçirir, bunun üçün zəruri olan sənəd və materialları hazırlayır, xidməti materiallarını çap edir, məktub, sorğu və digər sənədlər tərtib edir, daxil olan məktubların cavablarını hazırlanmasını təmin edir;
2. İcraya daxil olmuş sənədlərin struktur bölmələrinin rəhbərləri və konkret icraçılar tərəfindən vaxtında baxılması və təqdim olunmasını izləyir, rəhbərin imzalaması üçün təqdim olunan sənədlərin hazırlanmış layihələrinin rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır, onların keyfiyyətli redaktə olunmasını təmin edir.
3. Verilmiş əmr və sərəncamların müəssisənin işciləri tərəfindən icrasına, eləcə də müəssisənin rəhbərinin nəzarət götürülmüş göstəriş və tapşırıqlarının yerinə yetirilməsi vaxtına riayət olunmasına nəzarəti həyata kecirir;
4. Rəhbərin qonaqlarının qəbul olunmasını planlaşdırır, onlara çay, kofe və digər yüngül və sərinləşdirici içkilər təklif edir; rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirir.
5. Karğüzarlıq tərəfindən rəhbərin əmr və sərəncamlarının qeydiyyatının aparılmasını və onların aidiyyatı cavabdeh şəxslərlə tanış olunmasına nəzarət edir və rəhbər adından tapşırıqların icrası barədə hesabatları və məlumatları təqdim olunmasını tələb edir;
6. Rəhbərin göstərişi ilə təyin olunan vaxta və yerdə iclasın keçirilməsini təşkil edir;
7. Cəmiyyətin fəaliyyəti ilə bağlı struktur bölmələrin rəisləri, əməkdaş müəssisələrin nümayəndələri ilə rəhbərin görüşlərini təşkil edir, həmin görüş və iclasların protokollarını hazırlayır;
2.Tələblər
Biliklər
· müəssisənin fəaliyyətinə dair qərar, sərəncam, əmr və rəhbər materialları, normativ sənədləri və kargüzarlığın aparılmasını;
· İşgüzar etikanın və protokolun əsaslarını;
· Müəssisəsədə qəbul olunmuş sənədlər dövriyyəsini;
· Kargüzarlıq işinə aid standartları;
· Kompyuterdən və digər avadanlıqlardan istifadə qaydalarını;
Ali təhsil
Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
Azərbaycan dili (əla), rus dillərini yaxşı səviyyədə
Microsoft Office (yaxşı),
3.İş şəraiti
İş rejimi: 5 günlük, 09:00-18:00
İş yeri : Xətai metrosu yaxınlığındadır.
Əmək haqqı : müsahibə nəticəsində müəyyən olunacaq.
İşçi nahar, telefon danışığı təmin edilir.
CV üçün e-mail : [email protected] (“katib-referent” başlığı ilə göndərməyiniz xahiş olunur)
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur