Bazar ertəsi, 18 Avqust, 2025

İctimai siyasi proqramlar departamentinin müxbiri vakansiyası


  • Dərc edildi: 30 Mart, 2023 - 20:34
İctimai siyasi proqramlar departamentinin müxbiri  vakansiyası

Vəzifə: İctimai siyasi proqramlar departamentinin müxbiri  

Təsnifatı: Baş direktorun müavininə və departament direktoruna hesabat verir. 

Sosial şəbəkə və xəbər buraxılışları üçün redaksiyanın tapşırığı ilə video material hazırlayır. Vəzifə öhdəlikləri 

• Redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə çalışmaq; 

• Redaksiyanın verdiyi tapşırıqları vaxtında və keyfiyyətli formada yerinə yetirmək; -“kadrın” hazırlanması (tapşırılmış mövzu üzrə mətn hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi); 

-“kadr+ sinxronun” hazırlanması (tapşırılmış mövzu üzrə sinxronun hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);

 -video materialın hazırlanması (məzmuna uyğun olaraq montajçı və qrafistlə birlikdə mətnin müasir vasitələrlə (xəritə, infodiaqram və digər qrafik həllər) təmin edilməsinə məsuliyyət daşıyır); 

• Müxbir mətnin və video montajın keyfiyyətli şəkildə hazırlanmasına məsuliyyət daşıyır;

 -çəkilişdə olduğu məkandan efirə və sosial şəbəkəyə canlı bağlantıların edilməsi; 

• Müxbir canlı yayım zamanı səsləndirdiyi fikir və ifadələrə görə birbaşa, müsahibə etdiyi şəxsin ifadəsinə görə dolayısıyla məsuliyyət daşıyır;

 • Gündəmə və çalışdığı struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olan mövzular təklif etmək. 

Tələblər: 

• Müxbir qismində 6 ay və yaxud müvafiq sahədə daha çox iş təcrübəsi; 

• Müxbir üçün nəzərdə tutulmuş geyim koduna uyğun geyinmək; 

• Adobe Premier proqramında işləmə bacarığı. 

Bilik və bacarıqlar:

 • Kamera qarşısında işləməyi bacarmalı; 

• Geniş araşdırma bacarığına sahib olmalı;

 • Ünsiyyət bacarıqlarına malik olmalı;

 • Azərbaycan dilində mükəmməl özünü ifadə etməyi bacarmalı; 

• Tələffüzün düzgün olması;

 • Danışıqlar aparmaq bacarığı. 

Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

Əgər müxbir olmaq istəyirsinizsə, Sizi komandamıza qoşulmağa dəvət edirik. Beləliklə CV-nizi [email protected]  ünvanına başlıq hissəsində "müxbir" qeyd etməklə ünvanlaya bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6795
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1657
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 650
“İnnovativ məktəb” l...