".Net Developer" vakansiyası

PROSYS MMC-də ".Net Developer" vakansiyası aktiv elan edilir!

 


Namizədə olan tələblər:
.Net Core, C#, ASP.NET Core, MVC, EntityFramework Core-da iş təcrübəsi ,
RESTful və SOAP  web servisləri ilə işləyə bilmək,
Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq,
Ümumi alqoritm qurma bacarığı,
OOP konseptini mənimsəmək,
Agile Software Development prinsipləri ilə iş təcrübəsi,
Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmaq,
Analitik düşünmək və problem həll etmək bacarığı,
Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti,
Kollektiv şüurla komanda şəklində fəaliyyət,
Asan ünsiyyət qura bilmək,
Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq,
Ali təhsilli olmaq,
Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir),
Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq.


İş barədə məlimat:
Verilən texniki tapşırığa uyğun proqram təminatlarının işlənib hazırlanması, 
Sprint üzrə verilmiş tapşırıqları vaxtında, tələblərə uyğun hazırlanması,
Hazırladığı tapşırıqların ilkin sınaqlarını aparmaq və işlərin keyfiyyətli təhvil verilməsi,
Yeni proqram təminatı hazırlanması, 
Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi,
Mövcud proqram təminatlarının inkişaf etdirilməsi,
Proqram təminatlarının test edilməsi,
Yeni hesabatların yazılması. 


İş şəraiti:
İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. 
İstirahət günləri: şənbə, bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “.Net developer” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az