Bazar ertəsi, 2 İyun, 2025

AzTU-nun aşağıda adları qeyd olunan kafedralarına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur


  • Dərc edildi: 2 Aprel, 2025 - 19:03
AzTU-nun aşağıda adları qeyd olunan kafedralarına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) aşağıda adları qeyd olunan kafedralarına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur.

 

· Mexatronika kafedrası

· Elektrotexnika kafedrası

· Mühəndis fizikası və elektronika kafedrası

· Kibertəhlükəsizlik kafedrası

· Kompüter texnologiyaları kafedrası

· Radiotexnika və telekommunikasiya kafedrası

· Maşınqayırma texnologiyası kafedrası

· Mexanika kafedrası

· Kimya texnologiya, təkrar emal və ekologiya kafedrası

· Metallurgiya və materiallar texnologiyası kafedrası

· Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrası

 Tələblər:

· Ali Təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili

· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;

· Azərbaycan dilində akademik yazı qabiliyyəti;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;

· Laboratoriya avadanlıqları ilə işləmək bacarığı və onların müvafiq təlimatlara uyğunluğunu yoxlamaq qabiliyyəti;

· Dil biliyi: Rus dilində sərbəst yazamaq və danışmaq bacarığı (ingilis dili arzuolunnadır);

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimlərinə assistentlik etmək bacarığı;

· Tətbiqi proqramlardan istifadə bacarığı (müvafiq proqram təminatları və texniki alətlərlə işləmək);

· Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı.

  Vəzifə öhdəlikləri:

· Laboratoriya avadanlıqlarının müvafiq təlimatlara və texniki sənədlərə uyğunluğunu yoxlamaq və onların işlək vəziyyətdə olmasını təmin etmək;

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimləri tərəfindən tədris olunan dərslərdə assistentlik etmək;

· Tələbələrə tədris materiallarının mənimsənilməsində dəstək olmaq və suallarını cavablandırmaq;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak edərək araşdırmalar aparmaq və nəticələri sənədləşdirmək;

· Tətbiqi proqramlardan istifadə edərək laboratoriya və tədris prosesini dəstəkləmək;

· Müəllim və tələbələr üçün zəruri olan akademik və texniki sənədlərin hazırlanmasına kömək etmək;

· Xarici dil biliklərindən istifadə edərək beynəlxalq elmi mənbələri araşdırmaq və tətbiq etmək;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak etmək və elmi araşdırmalar aparmaq;

· Tələbələrə tədris materiallarını mənimsəməkdə dəstək olmaq və onların akademik inkişafına kömək etmək.

 Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 09.04.2025

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 136
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 186
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 100
XVIII Beynəlxalq Ast...