Çərşənbə, 20 Avqust, 2025

QƏDİM QALA nəşriyyatına beynəlxalq əlaqələr şöbəsində könüllü təcrübə proqramı elan edir


  • Dərc edildi: 6 Sentyabr, 2022 - 13:03
QƏDİM QALA nəşriyyatına  beynəlxalq əlaqələr şöbəsində könüllü təcrübə proqramı elan edir

Real iş mühitində təcrübəsi olmayan və ya az olan, kifayət qədər təcrübəyə sahib olub, hal-hazırda müəyyən səbəblərdən işləməyən kitabsevər dostlarımızın diqqətinə:

 QƏDİM QALA nəşriyyatına  beynəlxalq əlaqələr şöbəsində könüllü təcrübə proqramı elan edir.  

İstəklərimiz:

– Ali təhsil (məzun, yaxud tələbə);
– İngilis dili (rus dili arzuolunandır);

Əldə ediləcək biliklər:

– Xarici nəşriyyatlarla əlaqələrin qurulması, fikir, kitab mübadiləsi;
– Nəşriyyat işi ilə əlaqəli müxtəlif mövzularda xarici mənbələrdə araşdırma aparmaq;
– Ədəbi mühitdə baş verən son yenilikləri izləmək, onlarla bağlı qısa hesabat hazırlamaq, yeni sərgilər, tədbirlər, nəşrlərlə  bağlı məlumat toplamaq.

İş rejimi:

–  Ofis daxilində, həftədə 3-5 gün 3 saatdan az olmamaq şərti ilə

Təcrübə proqramının ilkin mərhələsi 2 ay davam edəcək və ödənişsizdir (yol xərcləri qarşılanacaq). Qarşılıqlı istək əsasında uzadıla bilər.  Təcrübə proqramını müvəffəqiyyətlə bitirən şəxsə sertifikat və xasiyyətnamə təqdim olunacaq.

Güclü və pozitiv insanlardan ibarət komanda ilə  əməkdaşlıq etməyə və təcrübə qazanmağa hazırsınızsa, o zaman bizə qoşulun!

CV-lərinizi "TƏCRÜBƏÇİ" başlığı ilə [email protected]  ünvanına göndərə bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6987
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1763
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 695
“İnnovativ məktəb” l...