SƏTƏM üzrə kiçik mütəxəssis  vakansiyası

Vəzifə: SƏTƏM üzrə kiçik mütəxəssis (Şəmkir)

 
Namizədin vəzifə öhdəlikləri:

  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
  • Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək.
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • Işçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək
  • Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək.
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmə.
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək.
  • Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək


Namizədə tələblər:

  • Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlama və təqdimetmə bacarıqlı; Səlis nitq
  • Məqsədlərə çatmaq üçün səy göstərərkən riski müəyyən etmək, qiymətləndirmək və idarə etmək.
  • Pozitiv yanaşma və komanda ilə işləmək bacarığı
  • İntizamlı, sərbəst və detallı müşahidə
  • İdarəetmə bacarıqı, vaxtın düzgün idarə edilməsi qabiliyyəti

İş rejimi:

  • İş yeri - Şəmkir Aqro-park
  • İş günləri – həftənin 5 günü
  • İş qrafiki – 08:00 – 17:00


Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə kiçik mütəxəssis – Şəmkir” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az