Çərşənbə, 20 Avqust, 2025

“AccessBank” yay təcrübə proqramına start verir


  • Dərc edildi: 7 İyul, 2021 - 05:05
“AccessBank” yay təcrübə proqramına start verir

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” tələbələr üçün yay təcrübə proqramını açıq elan edir. 2 ay davam edəcək təcrübə proqramında Bakı və bölgələri təmsil edən tələbələr, “AccessBank”ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər. Təcrübəçilər Bankın Bakı, Abşeron və bölgələrdə yerləşən filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi, İnformasiya təhlükəsizliyi və Marketinq departamentlərində təcrübə keçəcəklər. “AccessBank”ın yay təcrübə proqramı ali təhsil müəssisələrinin 3 və 4.kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün namizədlər müsahibədən keçməlidirlər.

Yay təcrübə proqramına qatılmaq üçünqeydiyyatdankeçmək kifayətdir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6922
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1731
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 689
“İnnovativ məktəb” l...