İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin Təlim, inkişaf və qiymətləndirmə şöbəsinə məsləhətçi vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəliFərmanıilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera inkişafı imkanları;
- Rəqabətədavamlı əmək haqqı.
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq həm müstəqil olaraq, həm birbaşa rəhbərin nəzarəti ilə, həm də komanda şəklində əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində həm fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili;
- Təlim ehtiyaclarının müəyyənləşdiriliməsi, təhlili və istifadəsi ilə bağlı işlərin (iş analizi, sorğu anketləri, fokus qrupları və müxtəlif maraqlı tərəflərlə görüşlərin keçirilməsi) görülməsi və tapşırıqların icra edilməsi;
- Müxtəlif ilkin təlimatlandırma, oriyentasiya və soft skillərin inkişafı ilə bağlı təlimlərin həyata keçirilməsi;
- Xarici və daxili təlimçilərlə görüşlərdə iştirak etmək, onların təklif və materiallarının qiymətləndirilməsi;
- Təlim və inkişaf xidməti göstərən təşkilatların seçilməsi üçün təşkilati işlərin görülməsi (texniki şərtlər toplusu və ehtimal qiymətinin, büdcələrin hazırlanmasında iştirak edilməsi)
- Keçirilmiş onlayn və oflayn təlimlərlə bağlı müxtəlif qiymətləndirmə formalarının hazırlanması, toplanması, təhlili;
- Təlimlərlə bağlı sorğuların və təhlillərin həyata keçirilməsi;
- Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə və inkişaf konsepsiyalarının işlənilməsi və tətbiqində iştirak edilməsi;
- Təlimçilərin təlimi proqramlarının işlənilməsi və tətbiqində iştirak;
- Əməkdaşlarının qiymətləndirilməsi prosesində müxtəlif növ dəstəyin göstərilməsi;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən göstərişlərin icrası və korporativ qaydalara riayət olunması;
- Təlim və inkişaf fəaliyyətləri ilə bağlı keçirilmiş tədbir və fəaliyyətlərin uçotunun aparılması;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.
- Təlim və inkişaf sahəsində 3 il iş təcrübəsi (həmçinin lahiyələrlə işləmək təcrübəsi);
- Ali təhsilin olması (xüsusilə Tibbi təhsil və ya tibb sahəsində təcrübə arzuolunandır);
- Yuxarı səviyyədə ofis proqramları ilə iş bacarığı;
- Təşkilatın missiyasına və dəyərlərinə, fəaliyyətinə və ondan doğan nəticələrə qarşı loyallıq;
- Birbaşa rəhbərin və daha üst rəhbərliyinin tapşırıq və göstərişlərinə münasibətdə subordinasiya və qarşılıqlı hörmət qaydalarına riayət edilməsi;
- Etik və mənəvi davranış qaydalarına uyğun fəaliyyət göstərmə bacarıqları;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması bacarıqları;
- Komanda şəklində işləmə bacarığı;
- Lahiyələrlə işləmə bacarığı;
- İş həcmindən asılı olaraq prioritet və iş vaxtını düzgün idarə edə bilmək bacarığı;
- Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı.
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
- Vakansiyaya son müraciət tarixi: 01.03.2022-ci il;
- CV-lər[email protected]ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur