Çərşənbə, 6 Avqust, 2025

İR biznes analitik vakansiyası


  • Dərc edildi: 7 Fevral, 2022 - 13:50
İR biznes analitik vakansiyası

Şirkət:Veysəloğlu MMC Vəzifə: İR biznes analitik İş yeri: Bakı şəhəri Təhsil: Ali (İnsan Resursları, İqtisadiyyat və ya idarəetmə ixtisasları arzuolunandır) Vəzifə funksiyaları: - İş yükü analizi, iş analizlərini aparmaq və işçi say normalarını, vəzifə funksiyaları üzrə iş standartlarını (fəaliyyət addımlarının icra müddətini) müəyyən etmək; - Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurulmasını koordinasiya və təmin etmək; - Vəzifə funksiyalarının effektivliyini və səmərəliliyini ölçən performans göstəricilərini (KPIs) müəyyən etmək; - Kritik vəzifələrin və əməkdaşların davamçıları üçün sistemli yanaşma hazırlamaq və prosesin işləyişini koordinasiya və təmin etmək; - Rəhbər, mütəxəssis və ekspert heyəti üçün talant hovuzunun yaradılmasını təmin etmək; - Təşkilati strukturların müvafiq proqram təminatında tərtibatının aparılmasını, yenilənmiş tərtibatların təyin edilmiş qovluqda mütəmadi olaraq yerləşdirilməsini təmin etmək; - İR funksiyaları üzrə siyasətlərin, prosedurların, şirkət strukturlarının əsasnaməsinin,vəzifə təlimatlarının hazırlanmasını prosesini həyata keçirmək; - İllik işçi bağlılıq və məmnuniyyət sorğularını keçirmək. Tələblər: -Əməkhaqqıda bonus sistemlərinin qurulması və imtiyazlar sahəsində biliklər; -İş və iş yükü analizləri sahəsində təcrübə; -Performansın idarəedilməsi sahəsində biliklər; -İş dəyərləndirilməsi sahəsində biliklər; -İnsan resurslarının planlaşdırılması sahəsində biliklər -Prosedur, təlimat, əsasnamələrin tərtibi və hesabatların hazırlanması sahəsində biliklər; -Yüksək səviyyədə MS Excel biliyi -Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: -İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; -Nahar ilə təmin edilmə İş qrafiki: 5 günlük Müraciət qaydaları:[email protected]elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İR biznes analitik” yazmaqla müraciət edilir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5873
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1115
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 409
“İnnovativ məktəb” l...