Masallıda Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması layihəsinin açılış mərasimi olub
Masallı rayonunda Banbaşı kənd tam orta məktəbində Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması layihəsinin açılış mərasimi keçirilib.
Layihə rəhbəri Pərvin Hüseynovanın verdiyi məlumata görə, layihənin məqsədi Masallı rayonun 5 məktəbində ibtidai siniflərin valideynlərini təlimatlandırmaq vasitəsilə valideyn – məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində model yaratmaqdır.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Həmçinin məktəb rəhbərliyi və valideynlər üçün layihə barədə təqdimat təşkil edilib.
Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.
Ümumiyyətlə layihə komandası valideynləri formal olmayan və yaradıcı ideyaların həyata keçirilməsinə təşviq ediləcəklər. Layihələr mütləq uşaqların tam şəkildə qoşulması təmin olunmalıdır. Layihələrdə əsasən faydalılıq, ibtidai təhsilin inkişafına dəstəkvericilik, daha çox valideynin cəlbi kimi meyarlar üstünlük təşkil edəcəkdir.
Valideynlər tərəfindən məktəbdə ideyalar icra olunduqdan sonra “Ailə Məktəbi”ndə iştirak ilə bağlı valideynlərin seçiminə start veriləcəkdir.
Seçimdən sonra valideynlər 4 günlük “Ailə Məktəbi” adlı təlimlərə cəlb olunacaqlar.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur