Bazar, 1 İyun, 2025

Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb


  • Dərc edildi: 6 Sentyabr, 2021 - 14:34
Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Ali təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd qeydiyyatda çətinlik çəkən abituriyentlərə dəstək göstərməkdir.   Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-5 (həftəiçi 5 gün), eləcə də(+994) 51 206 78 48“Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür.  
ang="AZ-LATIN">Alternativ qeydiyyat mərkəzlərinin siyahısı aşağıda təqdim edilib.   Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından məlumat ala bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 124
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 177
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...