Şənbə, 16 Avqust, 2025

Aqronomiya üzrə maaşlı təcrübə proqramı


  • Dərc edildi: 10 İyul, 2025 - 12:26
Aqronomiya üzrə maaşlı təcrübə proqramı

Aqronomiya üzrə maaşlı təcrübə proqramı

 

Təsvir

Şirkət haqqında:

“Grand-Agro İnvitro” MMC Azərbaycanda klonlaşdırma üsulu ilə viruslardan azad, sağlam və yüksək məhsuldarlığa malik bitkilərin çoxaldılması üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkət illik 4 milyon bitki yetişdirmə potensialına malikdir və fəaliyyətini müasir istixana kompleksi vasitəsilə həyata keçirir.

 

Şirkət meyvəçilik və tingçilik sahəsində yerli və beynəlxalq müəssisələrlə əməkdaşlıq edir və ənənəvi üsullarla çoxaldılması çətin olan, keyfiyyətli bitki materiallarının istehsalı ilə bazarda rəqabət üstünlüyü yaradır.

 

Bizim əsas məqsədlərimiz:

Keyfiyyət, məhsuldarlıq, şəffaflıq və dəqiqliyə əsaslanan xidmət təqdim etmək

Xəstəliklərdən azad, davamlı və yüksək məhsuldar tinglər yetişdirməklə aqrar sahəyə töhfə vermək

Yerli bazarda lider mövqeyini qoruyaraq, beynəlxalq səviyyəyə yüksəlmək

"Grand-Agro İnvitro” MMC kənd təsərrüfatı sahəsində peşəkar kadr potensialının formalaşdırılması məqsədilə Aqronomiya ixtisası üzrə ali təhsilli mütəxəssislər üçün ödənişli təcrübə proqramı elan edir.

 

Təcrübə proqramının məqsədi gənc mütəxəssislərin nəzəri biliklərini praktika ilə möhkəmləndirmək, onların müasir texnologiyalarla tanış olmasını təmin etmək və gələcək karyera imkanlarına dəstək göstərməkdir.

 

Proqram çərçivəsində iştirakçılar “Grand-Agro İnvitro” MMC-nin istixanalarda tətbiq edilən bitki yetişdirilməsi və mühitə uyğunlaşdırılması prosesləri ilə yaxından tanış olacaq, real istehsalat mühitində praktiki təcrübə qazanacaqlar.

 

Təcrübə proqramını uğurla başa vuran iştirakçılardan gələcəkdə şirkətdə işə qəbul üçün müsahibə mərhələsinə dəvət edilə bilər.

 

Proqram haqqında ümumi məlumat:

Müddət: 20 iyul – 20 sentyabr 2025

 

Format: Əyani (istixana sahəsində)

 

Son müraciət tarixi: 15 iyul 2025

Seçim mərhələləri: Yazılı mərhələ: suallar və praktiki tapşırıqlar və Müsahibə mərhələsi isə İnsan Resursları şöbəsi və aparıcı aqronomlar tərəfindən keçiriləcəkdir

 

Tələblər

Namizədlərə Tələblər:

Aqronomiya ixtisası üzrə ali təhsil (bakalavr və ya magistratura pilləsi üzrə)

 

Bitkiçilik və istixana sahəsində ilkin nəzəri biliklər

 

Yeni bilik və bacarıqları mənimsəməyə maraq və öyrənməyə həvəs

 

Praktiki mühitdə işləməyə fiziki hazırlıq

 

Təcrübə müddəti boyunca tam iştirak öhdəliyi

Müraciət et

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6627
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1554
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 601
“İnnovativ məktəb” l...